Talış hüqüq müdafiəçisi: Azərbaycan məhkəmə sistemində oturuşmuş korrupsiya sistemi mövcuddur

Azərbaycanın ədliyyə  naziri Fikrət Məmmədovun başçılıq etdiyi Azərbaycan məhkəmə sistemində oturuşmuş korrupsiya sistemi (netwerk) mövcuddur. Bu netwerki bölüşən insanları ədliyyə-məhkəmə sistemindən rədd etmədən orada hansısa islahatdan danışmaq gülüncdür, vətəndaşları aldatmaq, onların başının altına yastıq qoymağa cəhd etmək kimi bir şeydir.

TolishMedia-nın verdiyi xəbərə görə bu barədə Avropada siyasi mühacir həyatı yaşayan talış hüqüq müdafiəçisi Ataxan Abilov öz “Facebook” səhifəsində yazıb.

Bu netwerkdə formalaşmış və yazılmamış qanun şəklində oturuşmuş korrupsiya şəbəkəsini belə xarakterizə edirlər:

1) Məhkəmə icraatında rüşvətsiz işə baxma təsəvvür edilməz. Əgər hansısa hakim hansısa iş üzrə rüşvət almadığını bəyan etsə ona heç kim inanmaz;

2) Hakim hər bir iş üzrə aldıqları barədə Məhkəmə sədrinə inandırıcı izahat verməli, aldığının tən yarısını – 50% ona ötürməlidir.

3) Məhkəmə sədri eyni qayda ilə yığdığı məbləği yuxarı ilə – Ədliyyə Nazirliyindəki müvafiq kontaktla bölüşməlidir;

4) Bu sistemdə rüşvət piramidasının başında isə ədliyyə nazirin özü dayanır“,- deyə o bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP