Sona xanım kimdir?

O, Lənkəran şəhər rəisi Nağı bəyin qızı və Azərbaycanın hərbi naziri Səməd bəy Mehmandarovun qardaşı qızı idi.

Sona xanım ilk uğurunu ictimai məclisin yeni binasında (indiki Azərbaycan Dövlət Filarmoniyası) keçirilən və Bakının bütün kübar aləminin toplaşdığı Bakı gözəllik yarışmasında qalib olaraq əldə edib. Sonra Tiflisdə “Miss Qafqaz” müsabiqəsində qalib olub, daha sonra ümumrusiya yarışında “Miss Rusiya” titulunu qazanıb.

Sona Mehmandarovanın əsas zəfəri “Dünya Gözəli” adlı Paris gözəllik yarışmasının zümrüd tacı və qran-prisi olur. Qələbədən sonra “Dünya gözəli” Rusiyada dəbdəbəli malikanə alır, Peterburqa köçür və kübar həyatın fəal iştirakçısına çevrilir. O, Bakıya yalnız yarım əsr sonra, 1966-cı ildə qayıdıb.

TolishMedia

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP