Nardaran məhbusu Ramin Yarıyev işgəncəyə məruz qaldı

Nardaran məhbusu Ramin Yarıyev 2 saylı Cəzaçəkmə Müəssisənin rəis müavini tərəfindən işgəncəyə məruz qalıb.

Ramin Yarıyevin qohumları tərəfindan TolishMedia informasiya agentliyinin redaksiyasına göndərilmiş məlumatına görə Ramin əvvəlcə 3 gün müddətinə kars cəzası alıb. 3 gün bitdikdən sonra kars cəzasını 1 gün də artırıblar. Onun olduğu otağa daxil olaraq Ramini yerə yıxaraq saçını keçəl qırxıblar.

Deyilir ki, bu işə şəxsən rəis Tahir Yusifov rəhbərlik edib.

Bundan başqa, Ramin Yarıyevin telefondan istifadə haqqına da icazə verilmir.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 26-da Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyatlar çərçivəsində evində saxlanılan və sonradan həbs olunan Ramin Yarıyev həbsxanada ağır təzyiqlərə məruz qalıb.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP