Azərbaycanda yaşayan talışların bir çoxu yeməyə çörək tapmır, İlham Əliyev isə …

Azərbaycanda yaşayan talışların bir çoxu yeməyə çörək tapmır, Azərbaycan hakimiyyəti isə dünyanın 15-ə yaxın ölkəsinə humanitar yardım göstərir.

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi xəbərə görə, Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində keçirilən növbədənkənar açıq virtual iclasında elan edib ki, Azərbaycan son üç gün ərzində dünyanın 15-ə yaxın ölkəsinə humanitar yardım göstərmişdir.

“İnsanların əzab-əziyyətlərinin yüngülləşməsinə yardımçı olmaq və Fələstində yeni növ koronovirusun yayılmasının qarşısını almaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə Fələstin Qaçqınlarına Yardım və İşlərin təşkili üzrə BMT-nin Agentliyinə (UNRWA) 2020-ci ildə 300 000 ABŞ dolları məbləğində töhfə verdik”, – deyə nazir bildirib.

Go to TOP