Cəfər Cəfərovdan Zahir Əmənova cavab.

Zahir Əmənov, Siz hər yerdə özünüzü ilk müstəqil qəzetinin rəhbəri kimi qələmə verirsiniz. Halbuki “Qala” qəzeti sizdən çox əvvəl yaranan ilk müstəqil qəzetdir. Nə olsun ki, ictimai – siyasi qəzet olmayıb. Mənə KİV haqqında qanunu bilməməkdə suçlayırsız. “Cənub Xəbərləri”-nin fəaliyəti illərində CƏFƏR CƏFƏROV imzası ilə orada 10larla xəbər gedib. Köhnə oxucuların ki, bunu bilir. Hətta onu da bilirlər ki, siz istedadı olmayan adamla işləmərsiniz.
“Ağ məktəb”i, ŞHK-nu siz qurmuşdunuz, amma hər kəsdə bilir ki, istedadı olmayan nə KVN-də oynaya bilər, nə də ki, “Ağ məktəb” məzunu ola bilər.

“Arkivan.az” saytı mənim təşkilatçılığı ilə yaranıb. Saytın faktiki sahibi olmuşam. Nicat Nəzərli domen almaq üçün yardım göstərib, Tural Rəsulov isə ödənişsiz bu saytı yığıb. Biz bu işləri görəndə sən orada olmamısan. Mənim başıma gələn məlum hadisədən sonra bu saytın dalına keçdin. Deyək ki, cəhənnəmə ki, bəs sayta niyə il ərzində heç 10 xəbər qoyulmur?! İllik hostinq pulu çatanda isə kimlərdənsə bunun 10 qatını almısan. Bir dəfə Afər Cahagirov mənə dedi ki, qəsəbədə yol təmir etdirib, bu xəbəri “Arkivan.az” saytına qoymağın üçün səndən xahiş edin, sən isə Afərdən bu iş üçün 30 azn istəmisən. Əgər qəsəbə üçün görəcəyim xeyriyyə işini qəsəbəmin adına olan sayt pul müqabilində işıqlandıracaqsa, o sayt kimə lazımdır?! Amma mən Afərin həmin işini pulsuz Asiya.az-da işıqlandırdım.

Bəli, mən “Ərkivan Xeyriyyə Cəmiyyəti” ilə öyünürəm. Çünkü bu cəmiyyət sənin idarə etdiyin QHT kimi reklam xatirinə işləməyib. Aztəminatlı ailələrin fotoşəkillərini çəkərək onları utandırmayıb. Şəffaflığı qoruyaraq ən çətin günlərdə əhalinin xidmətində olub. Suallarına cavab olaraq bildirim ki, həmin cəmiyyətin idarə heyətinin 100%-lik səsi ilə sədr seçilmişəm. Sədr olmaq üçün nəinki kiminləsə dalaşmaq heç mübahisəmizdə olmayıb.
Amma sən nə etmişdin!? Kimlərəsə (kim olmaqları mənə məlumdur) zəng edib cəmiyyətin dövlət qeydiyyatından keçməməsi barədə şikayətlər etmişdin. Məgər qeydiyyatı olmayan Xeyriyyə Cəmiyyətinin verdiyi yardımı kasıb ailə yeyə bilmir? Sənin bu işdə bir məqsədin var idi QHT-nizə alternativ təşkilat olmasın. Bu cəmiyyət yarandığı gündən bu günə kimi heç bir səbəb olmadan mənimlə əlaqəni kəsdin. Halbuki yazdığım kimi, məqsədin məlumdur. Gör nə qədər qərəzli adamsankə ki, Cəmiyyətimizin 2 ay ərzində 400-dən çox aztəminatlı ailəyə verdiyi 15000 manatlıq yardımdan heç birini öz saytında işıqlandırmadın…

Mən heç bir deputatın, məmurun solundan girib sağından çıxmamışam. Belə bir bacaracağım olsaydı sənin kimi şəhərin mərkəzində dəyəri 100 min manatlarla ölçülən ofisi, xarici avtomobilim, 10 min manatlıq TV avadanlığım olardı. O isə mən indi də atamın himayəsində yaşayıram, nə şəxsi ofisim, nə avtomobilim, nə də ki evim var..
O sənsən ki, gündə 5 dəfə biznesmen deputatı tərifləyib, ziyalı, professor deputatı isə yersiz ittihamlar ilə aşağılayırsan.

Mənim üçün, yazmısan ki, “Otur oturduğun yerdə. Bilirsən ki, yazacaqlarım təkcə bunlar deyil”
Eynən bu sözləri və 5 qatını mən də sənin üçün deyirəm. Müəllimim olmusan, qonşumsan. Xasiyyətimə, damarlarımda axan qana bələdsən.

Cəfər Cəfərov

Go to TOP