Talış müğənni Aydın Talışinskinin abırsız bəyanatına münasibət bildirdi: səbəbsiz YALTAQLIQ

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi xəbərə görə, talış məşhur müğənni Rizvan Şıxızadə bu yaxınlarda özünü Mir Mustafa xan Talışinskinin nəticəsi kim təqdim edən Aydın Talışinskinin son abırsız bəyanatına münasibət bildirib.

Talış müğənni “Facebook”  sosial səbəkəsinin öz  səhifəsində Aydın Talışinskinin talış xalqı ilə bağlı fikirlərinə toxunaraq, onun son bəyanatını “səbəbsiz yaltaqlıq” adlandırıb.

Rizvan Şıxızadənin yazını tam şəkildə oxucularımızə diqqətinə çatdırmaq istəyirik.

Səbəbsiz yaltaqlıq! Həkim Aydın Talışinski

Mən yaltaqlıq hissini müəyyən mənada başa düşürəm. İnsanın ehtiyacı olduğu yerdə yaltaqlıq etməsini ağır da olsa qəbul edirəm. Amma səbəbsiz yaltaqlığı anlaya bilmirəm.

Son vaxtlar yenə “Talış” söhbəti gündəmdədir. Birmənalı olaraq Azərbaycan bizim vətənimizdir, bu vətənin şad günündə də, dar günündə də bir yerdə olmuşuq və olacağıqda.

Talış olmaq heç bir üstünlük deyil, və heç bir utanılası bir şey də deyil.  İnsan yaşadığı yerini, işini, hətta dinini dəyişə bilər. Lakin milləti dəyişmək mümkün deyil. Allah kimini Türk, kimini Ləzgi, kimsəni də Talış yaradıb. Hamı da buna hörmətlə yanaşmalıdır.

Lakin bu videodakı həkim, Talış xanı Mirmustafa xanın nəvəsi deyir ki mən Talışam amma özümü Talış Türkü hiss edirəm. Bu öz millətini bəyənməməkdir. Bu ona bənzəyir məsəlçun mən Mustafanın oğluyam, lakin özümü Səttarın oğlu kimi hiss edirəm.

Məncə əskinə bu Talış xanının dönmə nəvəsi deməli idi ki biz hərəmiz bir millətin nümayəndəsi olsaq da hamımız Azərbaycan xalqıyıq, gəlin bir-birimizə hörmət edək, dəstək olaq. Amma gənc həkim harasa girmək istəyir, o da alınmır.

Qeyd edək, ki bir neçə gün bundan qabaq Aydın Talişnksi adlı biri özünü Mir Mustafa xan Talişinakinin yeganə nəvəsi kimi təqdim edərək bəyan edib ki, mən talışam amma özümü talış-türkü hiss edirəm. Onun sözlərinə görə Azərbaycan Respublikasının hər vətəndaşı, o cümlədən talışlar da Türkiyəni öz anası kimi sevməlidirlər.

Go to TOP