Akop Martayan Dilaçar: Türk dilinin erməni açarı

Bu insana diqqətlə baxın. Bunun adı Akop Martayandır. Akop Maratayan 1895-ci ildə 22 mayda İstanbulda erməni ailəsində anadan olub. Müxtəlif erməni dialektləri üzrə mütəxəssis olan Akop Martayan türk dili ilə yanaşı 22 dil bilib. Birinci Dünya müharibəsində komandiri Mustafa Kamalla dostluğu başlayır.

Müharibədən sonra Mustafa Kamal bu gənc ermənini Milli Universitetdə professor təyin edib və o, Türkiyə dövlətinin siyasəti haqqında mühazirələr oxuyub.

1923-cü ildən Akop Mustafa Kamalın göstərişi ilə ərəb mənşəli türk əlifbasının latın qrafikası ilə dəyişdirilməsinə başlayıb. 1928-ci ilə kimi isə 90 faizə kimi ərəb və fars sözlərindən ibarət olan rəsmi Osmanlı dilini qaqauz dili əsasında dəyişərək müasir türk dilini və onun qanunlarını yaratdı.

Akop Martayan Musatafa Kamala verilən “türkün atası” adını Atatürk adı ilə əvəz etdi, onun imzasını işləyib hazırladı. Akop Martayanın işləri Mustafa Kamalın o qədər xoşuna gəldi ki, ona Dilaçar adını qoydu.
Akop Martayan Dilaçar 1979- cu ildə dünyasını dəyişdi.

Amma bəziləri hələ də Akop Martayanın (Dilaçar) icad etdiyi müasir Türkiyə əlifbası ilə, onun tərtib etdiyi dil qaydalarına əsasən, onun “Atatürk” ləqəbi verdiyi Mustafa Kamalın fikri təsiri altında “türkün türkdən başqa dostu yoxdur” şüarını verirlər.

Cəmşid Məmmədov

Go to TOP