Ramin Nəriman: Bakıda COVID-19 partlayışı yaşanacaq

“Virusdan qorunmaq üçün aparıcı faktor qoruyucu vasitələrin istifadə olunması və sosial məsafənin gözlənilməsidir. Dünənki izdihamda minlərlə insan var idi, onların əksəriyyəti qoruyucu vasitələrdən istifadə etməmişdi, maska taxmamışdı, təbii ki, orda 2 m sosial məsafədən söhbət gedə bilməzdi, böyük sıxlıq yaranmışdı”.

TOLİSHMEDİA informasiay agentliyinin verdiyi xəbərə görə, bu sözləri açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman Ordumuza dəstək məqsədilə keçirilən nümayişdə karantin tədbirlərinin pozulması haqqında danışarkən deyib. Həkim bildirib ki, fərdi qoruyucu vasitələrin istifadə edilməməsi, həm də sosial məsafənin itməsi yaxın gələcəkdə – bir-iki həftə müddətində COVID-19 xəstələrinin sayında sürətli artıma səbəb olacaq.

“Aksiyaya çıxanlar arasında koronavirus daşıyıcılarının, o cümlədən asimptomatiklərin olması istisna edilmir. Təbiidir ki, bu zaman ətrafdakıları da yoluxdururlar. Yoluxmuş insanlar isə ailə üzvlərinin xəstələnməsinə bilavasitə səbəb olur. Protokollarda da qeyd olunub ki, bir COVID-19 xəstəsi 4 nəfəri yoluxdura bilir”, – deyə Ramin Nəriman bildirib.

Go to TOP