Talış müğənni: İran bizik, iranilər bizik

İran və Azərbaycan tarixi!

Bizim xalqın ən böyük problemi “Qarabağ” deyilsə də, ondan da böyük dərd “savadsızlıq”dır. Toplumun əksəriyyəti ondan-bundan eşitdiklərini tarixi fakt kimi sırımağa çalışır, ziyalı təbəqənin əksər nümayəndəsi tarixi elə saxtalaşdırır ki adam bilmir nə desin. Tarix sadəcə tarixdir, yaxşıdır-pisdir, necədirsə bizimdir. Və olduğu kimi çatdırılmalıdır.
Bu statusda son 3 minillikdə ölkəmizin ərazisinin də daxil olduğu dövlətlər haqqında qısa məlumat verərəm.

1) Qədim Midiya dövləti- eradan əvvəl 728-549-cu illərdə mövcud olub. Ərazisi şimaldan Araz çayı, və Elbrus dağlarına qədər olmaqla 2,800 000 km olub.
Paytaxtı Ekbatan şəhəri, dini isə Zərdüştlük olub.

2) Atropatena çarlığı- eradan əvvəl 331-ci ildə yaranıb, bizim eranın 224-cü ilində suquta uğrayıb. Ərazisi indiki İranın şimal hissəsi, Azərbaycanın Kür çayına qədər olan hissəsini təşkil edib. Dini Zərdüştlük (atəşpərəstlik) olub.

3) Sasanilər imperiyası- 226-651 illərdə mövcud olmuşdur. Ərazisi 6, 600 000 kv km olan imperiyanin tərkibində indiki Azərbaycan, Gürcüstan, İrəvan, İran, İraq, Suriya Əfqanıstan, Pakistan, Türkmənistan vs dövlətlər olub.
Dini Zərdüştlük olub.

4)Ərəb xilafəti- 651-1258-ci illərdə mövcud olan imperiyanın ərazisi Azərbaycan da daxil olmaqla 9 400 000 kv km olmuşdur. Dini İslam olmuşdur.

5) Monqol işğalından sonra Çingiz xanın nəvəsi Hülaki xanın yaratdığı dövlət 1256-1353-cü illərdə mövcud olmuşdur.

6) Daha bir Monqol dövləti Cəlairilər dövləti indiki Azərbaycan, İran və İraq ərazilərini əhatə etmişdir. 1336-1432-ci illərdə mövcud olmuşdur.

7) Ağqoyunlular dövləti 1378-1508-ci illərdə mövcud olmuşdur. Şərqi Türkiyə, İran, Azərbayvan vs əraziləri özündə birləşdirib. Dini İslam.

8) Səfəvilər dövləti- 1501-ci ildə əsası qoyulan dövlət 1736-cı ildə suquta uğrayır. İndiki Azərbaycan da daxil olmaqla 3 500 000 km ərazini əhatə edib. Paytaxt əvvəl Təbriz, Qəzvin, sonra İsfahan olub. Dini İslam

9) Əfşarlar imperiyası- Nadir şahın yaratdığı ( 1736-1747) imperiyanın ərazisi Azərbaycan da daxil olmaqla 3 800 000 kv km olmuşdur.

10) Qacarlar dövləti- 1796-ildən 1925-ci ilə qədər mövcud olmuşdur.

Burada xronologiyanı saxlayıran. Bu dövlətlərin mövcud olduğu geo-coğrafi məkan “İran” adlanır. Yəni “arian” arilərin yaşadığı məkan. Bu adın Farslara məxsusluğu yoxdur, bu arealda yaşayan bütün ari xalqları bu adın, bu torpağıb sahibidir.

Biz min illər boyu bu nəhəng imperiyaların içində yaşamışıq, yaratmışıq, vuruşmuşuq vs. İran bizik, İranilər bizik, əgər biz bu tarixdən imtina etsək gərək öz tariximizdən, mədəniyyətimizdən, dahilərimizdən imtina edək.

Rizvan Şıxızadə, talış müğənni

TOLİSHMEDİA informasiya agentliyi

Go to TOP