Talış istifədəçi: Ramil Səfərov arvad kimi rəqibini yuxuda olarkən öldürmüşdür, talış Asif Həziyev isə …

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi xəbərə görə, sosial şəbəkələrdə aktiv olan talış istifədəçi Fidan Quluzadə saxta “Milli Qəhrəman” Ramil Səfərovun qeyri-insani davranışı haqqında yeni bir status yazıb.

Fidan Quluzadənin statusunu təm şəkildə oxucularımızın diqqətinə çatdırmaq istəyirik:

Azərbaycanda Talışlara qarşı irqçiliyin olmadığını iddia edənlərə bu barədə yüzlərlə faktlar göstərmək olar.Mən həmən faktların birindən danışacam.

Sağdakı hamımızın tanıdığı “Milli Qəhrəman”Ramil Səfərovdur. Soldakı isə heç birinizin tanımadığı Asif Həziyevdir. Bunları birləşdirən səbəb hər ikisinin Evropada Azərbaycan bayrağını təhqir edənləri öldürməsidir.

R.Səfərov ərini yataqda öldürən qəzəblənmiş arvad kimi rəqibini yuxuda olarkən balta ilə vəhşicəsinə öldürmüşdür. Asif Həziyev isə Azərbaycan bayrağını yandırmaq istəyən 4 çeçenlə qəhrəmancasına,əliyalın vuruşaraq onların silahı ilə 3-nü öldürmüş,1-ni isə yaralıyaraq polisə zəng edib, təslim olmuşdur.

Gördüyünüz kimi türk olduğuna görə R.Səfərovu Milli Qəhrəman kimi hamı tanıyır,amma talış olduğuna görə Asif Həziyevi sıravi bir vətəndaş kimi heç kim tanımır!

Go to TOP