Yardımlı rayonunun Urağaran kəndində arxeoloji qazıntılara start verilib

Yardımlı rayonunun Urağaran kəndi ərazisindəki “Bilgəh” adlanan sahədə yeni arxeoloji qazıntılara start verilib.

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi xəbərə görə, ekspedisiyaya tarix üzrə fəlsəfə doktorudur, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi Ceyhun Eminli rəhbərlik edir.

Ekspedisiyanın Yardımlıya gəlməsinin səbəbkarı isə tanınmış pedaqoq Mirhümbət Səmədov olub. Belə ki, bir il əvvəl hazırda qazıntı işləri aparılan ərazidən Urağaran sakini Kamal Təhməzov evinə su çəkən zaman torpağın altından müxtəlif saxsı əşyalar və nadir hesab oluna ritual qablar tapıb və bunu Mirhümbət müəllimə göstərib. Mirhümbət müəllimin bu nadir tapıntıları C.Eminliyə göstərməsi arxeoloqların bu əraziyə marağını artırıb.

 

Go to TOP