Aktiv Talışlar niyə özünə Azərbaycanlı demir?

Bu sualın əslində cavabı çox sadədir. Azərbaycanda yaşayan bir çox insanlar yaxşı anlayır ki, Azərbaycanlı deyilən bir millət yoxdur,sadəcə Azərbaycan bir regionun adıdır və burda yaşayan bir çox millətlər isə onun vətəndaşı. Çox təəssüf ki, Azərbaycanın daxilin Azərbaycanlı dedikdə (Talış, tat, ləzgi, saxur, udi, türk və s.) dildə deyilir, amma rəsmiyyətdə və ölkədən kənarda digər millətlərə türk kimi qələmə verilir. Bu səbəbdən əksər Talışlar öz milliyyətini deyir. Nəticə etibarı ilə bunu eşidən vətəndaş, kim özünə Talış deyirsə ona məhşur olan bu iki iradı bildirir.

1.Milliyətçilik edib, ölkəni bölməyin “biz qardaşıq”.
2.Siz milli azlıqsız,sakit oturun yerinizdə.

Birinci iradda qeyri səmimiyət açıq aşkar görünür. Kiminsə sözdə qardaş deməyi nəyisə dəyişdirmir. Qardaşlıq əməllə olmalıdır, talışın həqiqətəndə hüququ pozulduğunu qəbul etməli və talış hüququnun bərpası üçün əlindən gələni etməlidir. Ondan sonra qardaşıq sözünü səmimiyyətinə inanarıq. İslami cəhətdən baxsaq bütün insanlar bir – birinə qardaşdır. Nə milliyyəti nə rəngi fərq etməz bu öz yerində amma bu sözləri işlədənlərin əksəriyəti pantürkçülərdir və burda qardaşlığı islami cəhətdən düşünmürlər. Sadəcə cildən – cilə girirlər. Belə insanlar pantürkçü səhfələrində isə türkün – türkdən başqa dosdu yoxdur. Rus – Fars – Erməni bunlar Türkün “düşməni” altında məkirli siyyasətini yürüdürlər. Utanmasalar Talışıda düşmən sırasına salacaqlar, bəzi hallarda salırlar da.

İkinci irad isə həqiqətən gülməlidir. Ən azı Bakıda yaşayırsınızsa ətrafınıza baxın. On qonşunuz varsa, onun yeddisi talışdır. Mən hələ Talış regiyonunu saymıram.

Deyək ki, “azıq” bir millətin az olması, onun hüquqlarını pozmaq ixtiyarını verir?
Məgər onun ifadə azadlığı yoxdur?

İstər islam baxımından, istər dünyavi baxımından irqçilik və şovinistliyə yer yoxdur!

Araz Şahverdizadə

Go to TOP