ŞAH ABBAS 4-CÜ HİSSƏ ( Şah Abbasın vəfatı və səfərnamələrdə Abbas)

1) Şah Abbas 1629-cü il yanvarın 19-da Əşrəf
sarayında vəfat etmişdir. İsgəndər bəy Münşi bu haqda yazırdı:

“Bundan neçə gün əvvəl ov sahəsində padşah ifrat dərəcədə yemək və içmək səbəbindən mədə ağırlığına düçar oldu və qısa müddətdə kəmal zirvəsindənyüksəklərə uçdu”

2) Mənbələrin məlumatına görə, şahın şahlığının son illərini fərəhsiz keçirmişdir. Uşaqlıqda və
gənclikdə əmilərinin və qardaşlarının möhrünü ələ
keçirməyə çalışan bəzi əmirlərin, hətta buna görə şahzadələri öldürənlər Abbası ruhi baxımdan sarsıtmışdı. Ona görə də bundan ehtiyatlanan şah iki oğlunu kor etmiş, birini öldürmüşdü, sonralar verdiyi bu qərara görə peşman olduğu barədə
mənbələrdə məlumatlara rast gəlirik. Ondan sonra taxta oğul varisi olmadığı üçün nəvəsi Şah Səfi çıxmışdı.

3) Bəzi mənbələr yazır ki, Şah Abbas ölməzdən əvvəl etdiyi vəsiyyətinə görə”onu elə bir yerdə dəfn etsinlər ki, məzarı tapılmasın”. Ancaq, bir çox
mənbələr onun Kaşanda İmamzadədə dəfn olunduğunu qeyd edirlər.

4) Con Kartvrayt öz səfərnaməsində 33 yaşındakı Şah Abbası belə təsvir edir :
“Bu gənc şahzadə həm fiziki, həm də rasional olaraq mütləq kamilliyin nümunəsidir. Sərt, ortaboylu, məğrur siması iti gözləri və uzun bığları olan qara
saçlı bir adamdır. Saqqalını qırxan zaman görünüşü onun döyüşçü və sərt bir təbiətə sahib olduğunu göstərir. İlk qarşılaşmada insan onun varlığının xəmirindəqəddarlıq və şiddətdən başqa bir şey yoğrulmadığını düşünür, amma əslindətəvazökar və mehriban bir təbiətə sahibdir, çünki onu görmək və onunla söhbət etmək asandır. Yemək zamanı onun yanında sarayın böyük əmir-əyanları sərbəst
və rahat şəkildə oturur. Saray əyanları, böyüklər, xarici padşahların elçiləri iləbirlikdə ova gedir “.

5) Pyetro Dellavalle padşah haqqında yazır:
“Saçları, qaşları və bığları qırx doqquz yaşınadək qara idi və üzü saysız-hesabsız səfərlərin və müharibələrə görə qaralmış olsa da, üzünün gözəlliyi bu eyibləri görsənməz edirdi. Ləyaqətli , maraqlı və nəcib bir görünüşə sahib idi. Əlləri kənd işçisinin əlləri kimi qısa, kobud və qara idi. Döyüş meydanlarındakı əziyyətləri və mübarizələri, hərəmləri ilə eyş-işrətə çox zaman ayırması və
həddindən artıq şərab içməsi onda müxtəlif xəstəliklər (malyariya, çobanyastığı vədigər xəstəliklər) yaranmışdı. Bu səbəbdən əlli iki yaşında saçları töküldü”.

6) Farsdilli mənbələrə görə bu hücumlar zamanı 90 – 100 min arası gürcü öldürülmüş 181.500 gürcü isə əsir alınmışdır, və İranın daxili əyalətlərinə sürgün edilmişdir. Bu hadisələr 1616-cı ildə Şah Abbasın Gürcüstana hücumu iləəlaqədardır. İskəndər bəy Türkman 1616-cı il istilası haqqında yazır:
“Əhalinin öldürülməsi, talan edilməsi və əsir götürülməsi, məhv edilməsi, evlərin və xanələrin viran edilməsi, xristianların yaşayış yerlərinin dağıdılması islam diyarının şövkətli padşahlarından heç birində belə bir hadisə baş verməmişdir”

Qarsiya da Silva səfərnaməsində yazırdı:
“Bu padşah heç bir dinə bağlı deyildir, çünki o, Gürcüstanı məhv etdikdən sonra yoxsul sakinlərini belə bir zülmə sürükləyən biridir” .

Piyetro Delavalle də öz səyahət kitabında yazır:

“Həqiqətən, hər iki tərəfdə (İran və Osmanlılar) daim öldürülən və əsir düşmüş yoxsul insanların taleyini görmək və bütün bu səfalət və bədbəxtliklər
insanı mənəvi cəhətdən sarsıdır və düşündürür” .

Rəhim Əfəndi

Go to TOP