Talış xanlığının inzibati-ərazi bölgüsü

Firudin Nurullabəyli-Əsədov 2007-ci ildə Bakıda nəşr olunmuş ˝Mir Mustafa xan˝ adlı elmi-publisistik tədqiqatında yazır ki, Talış xanlığı Nadirqulu Əfşarın 1747-ci ildə Muğan çölündə öldürülməsindən əvvəl də mövcud olmuş (tam müstəqil olmasa da) yeganə xanlıq idi.Yəni qalan xanlıqların hamısı həmin tarixdən sonra yaranmağa başlamışdır. Həmin ərəfədə Astara hakimi Musa xanla rəqabətdə qalib gəlmiş Seyid Mir Abbas xan Talışda xanlıq üsuli-idarəsi qurur,başqa sözlə feodal dövlətinin əsaslarını bərkidir.(Yeri gəlmişkən,1749-cu ildə Talışda vəfat etmiş Seyid Mir Abbas xanın vəsiyyətinə əsasən Ərdəbildə, yaxın qohumu şeyx Zahidin türbəsi yaxınlığında dəfn edilmişdr.)
Ondan sonra hakimiyyətə gəlmiş Qara xan dövlətçiliyin daha da möhkəmləndirilməsi qayğısına qalmış, inzibati-ərazi bölgü islahatı aparmışdır.İslahata əsasən xanlıq ərazisi aşağıdakı mahallara bölündü-Astara,Çayiçi Lənkəran,Zuvand, Uluf, Dereq,Dəştivənd, Muğan və Ucarud.

Sonralar Səidəli Kazım bəy Boradigahi özünün ˝Səidiyyə˝ əsərində xanlıq ərazisi barəsində belə yazmışdır-
// Əsalim və Qorqanrud.Hər ikisi bütövlükdə İran dövlətinin tabeliyindədir.Sərhədləri cənubdan Rəşt və Xalxal nahiyyələrinə bitişikdir.Şərqdən Xəzər dənizi, qərbdən də Xalxal ilə həmsərhəddir.Şimalda Qorqanrudun sərhədləri Astara mahalında bitirdi.

Vigic mahalı- Gülüstan müqaviləsindən sonra Qızılbaş ərazisinə qatılmış, Kutvalanş nahiyyəsindən Xalxal və Bağru dağına-Ərdəbilə yaxın olan iki hissəyə bölünür.

Astara mahalı-qədim sərhədləri uzununa Hilevənd kəndindən buta kəndinə qədər uzanan,eni isə Xəzər dənizinin sahillərindən tutmuş, Vilgic mahalının sərhədlərinə kimi davam edir.
Çayiçi Lənkəran mahalı-Lənkəran şəhərinin ətrafında 22 kənddən ibarətdir.
Zuvand mahalı kifayət qədər daşlıqdır,adamları zirək və zəhmətkeşdirlər.

Uluf mahalı- dağların arasında yerləşir və 12 nahiyyədən ibarətdir.Sərhədləri Lənkəran şəhərinin qədim sərhədi olan Balkar çayından və yaxud Ləkər körpüsündən Bədəlan kəndinə qədər uzanır.
Eni isə Xəzərdən Dereq mahalına kimi ərazini əhatə edir.

Dereq mahalı-ərazisi əsasən dağlıqdır.Buğda və başqa dənli bitkilər də burda bitir.Camaatı silahdan istifadə etməkdə məharətli,döyüşkən,qeyrətli və cəsarətlidir.

Daştəvənd mahalı-bəzən Ərkivan da deyirlər.Əhalisi döyüşkən, cəsarətlidir.Burda boyaq bitkisi Marena, ipək məhsulları yaxşı inkişaf edib.

Muğan mahalı-qədim zamaanlarda viran olmuş,bu mahal sonralar abadlaşmış və xanlığın ərazisinə qatılmışdır.
Ucarud mahalı 5 hissədən ibarətdir-Adınabazar, Mirankuh(Qarışqalar Dağı),Alar, Sepidəşt (Ağ çöl) və Dilaqar tayfasının yaşadığı nahiyyə.Əhalisi şiədir.//

Qeyd etmək lazımdır ki,Mir Mustafa xanın hakimiyyəti) illərində (1786-1814) də inzibati-ərazi islahatı davam etdirilmiş,bəzi nahiyyələr bir-birinə birləşdirilmişdir.

Yazının müəllifi Cabbar Əliyev

Go to TOP