“NKVD-də gizli əməkdaşlıq etməyə razılıq vermədiyinə görə repressiya qurbanı olan Cahan Talışiniskaya”

Cahan Talışiniskaya 9-fevral 1909-cu ildə Talış mahalında xan ailəsində dünyaya göz açmışdır.Atası Mirzə xan Talışinski,anası isə Səmədbəy Mehmandarovun bacısı Məryəm Mehmandarovadır.Azərbaycan qızlar semnariyasına daxil olan müsiqi və vokal ilə maraqlanır,piano və tarda gözəl ifa edirdi.1927-ci ildə Bakı radio şəbəkəsində işə daxil olur.1934-cü ildən dövlət estradası filarmoniyasının solisti olur.Onun ifa etdiyi”Şahnaz”,”Seygah”,”Bayatı-Şiraz”, muğamları eləcədə”Qarabağ şikəstəsi”tamaşaçı tərəfindən həmişə alqışlanırdı.Lakin Qatar muğamı onun ifa etdiyi şah əsəri idi. Çox vaxt onu belə də adlandırırdılar – Qatar Cahan. Cahan xanımın səsinin geniş diapazonu, virtuoz səs aparatına malik olması bu texniki cəhətdən mürəkkəb olan muğamı onun ifasında təkrarolunmaz edirdi.1940-cı ildə Cahan Talışinskaya respublikanın əməkdar artisti adını aldı.33 yaşında o, artıq yaradıcılığının yüksək zirvəsinə çataraq xalq tərəfindən sevilirdi.

Onun sənətinin nə qadar güclü tə sir buraxmağına bir hadisə misal ola bilər. 20-ci illərin axırı – 30-cu illərin əvvəlində Bakıya Avropaya səfərə hazırlaşan Əfqanıstan şahı Əmənulla xan gəlmişdir. Bu yüksək qonağın tərəfinə qonaqlıq verilir və bundan sonra konsert proqramı göstərilir. Konsertdə iştirak etmək üçün Cahan Talışinskayanı dəvət edirlər. Konsertdən sonra şahın xanımı minnətdarlıq əlaməti kimi qızıl qol saatını Cahan xanıma hədiyyə etdi. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət etdilər və saatı bir günə aldılar (yəgin ki, yoxlamaq üçün). Səhəri gün saatı qaytardılar: saatın arxa tərəfində “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılmışdı.

30-cu illər Stalin repressiyasının ölkədə kölgə saldığı bir dövr idi.Lakin Cahan Talışinskayanın da başının üstünü qara buludlar aldı.NKVD-də gizli əməkdaşlıq etməyə razılıq vermədiyinə görə Cahan xanıma 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənət ongünlüyükdə iştirak etməyə icazə vermədilər.1942-ci ildə onu 14 yaşlı oğlu ilə birlikdə yalançı donos nəticəsində Qazaxıstanın Petropavlovsk rayonuna sürgün etdilər.

“Xalq düşmənləri” adı altında ona orada (1942-ci ilin avqust ayına qədər) güclü nəzərətdə oldular. Bir sıra xahiş ərizələrindən sonra Cahan xanım Özbəkistanın Çimkənt şəhərinə köçməyə icazə aldı. Lakin bunun əvəzində o Daşkəndə köçdü və oğlu Nazimi Bakıya öz qardaşı məşhur professor-travmatoloq Əbülfət Talışinskinin yanına göndərdi.1943-cü ildə Daşkəndə SSRI Xalq komissarlığı nəzdində yerləşən musiqi idarələrinin başçısı V. Surin gəlmişdi. O müəyyən bir vaxta Ümumittifaq estrada artistlərinin musabiqəsində münsiflər heyətinin üzvü idi. Həmin müsabiqədə Cahan xanım laureat adına layiq görülmüşdür.

O, Cahan xanımı tanıyır, onunla söhbət etdikdən sonra Tbilisi şəhərində incəsənət işləri üzrə idarəyə təyinat verir. Beləliklə Cahan xanım Tbilisi şəhərində Azərbaycan teatrının səhnəsinə qayıdır. Burada o Leyli (“Leyli və Məcnun”), Telli (“Arşın mal alan”), Əsli (“Əsli və Kərəm”), Şahsənəm (“Aşıq Qərib”) rollarında iştirak edir və müvəffəqiyyət qazanır. Lakin Bakıda NKVD təşkilatı Tbilisiyə məktub göndərir və bu məktubda Cahan xanımın yenidən Orta Asiyaya sürkün edilməsi məsələsini qaldırır.

Onu bu dəfə keçmişdə Bakıda yaşamış Zaqafqaziya hərbi şurasının üzvü, SSRi deputatı Xavər Vəliyev xilas edir.1949-cu ildə repressiya və sürgünlərin yeni dalğası başlanır. Yenidən Cahan Talışinskaya oğlu ilə Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə Stalinin ölümündən və M. C. Bağırovun həbsindən sonra Cahan xanımın və onun oğlunun azad olunması barədə qərar qəbul olunur. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ onların Vətənə qayıtmağına təkan verdi. Daşkənddə onların yaşadığı ev tamamilə uçulur və təsadüf nəticəsində sağ qalan Cahan xanım və ailəsi təcili Bakıya qayıdırlar. Cahan xanım bir il sonra 1967-ci ildə vəfat edir.

Tolish Media

Go to TOP