ŞAH ABBAS 9-CU HİSSƏ (Şah Abbas lətifələrdə)

1) Lətifə epik növün kiçik həcmli janrlarından biridir. Hadisələr, əsasən, vahid məkanda və qısa zaman çərçivəsində baş verir. Bu janrda insan xarakterindəki nöqsanlar, sosial – ictimai həyatdakı mənəvi çatışmazlıqlar gülüş yolu ilə tənqid olunur.

2) Lətifələr Azərbaycan epik folkorunda zəngin məxəzimiz, poetik ölçülərəoturuşmuş yumoristik və tənqidi xarakterli epikləşdirilmiş tariximizdir. Bəzən lətifə sonluqları məsələ də çevrilir. “Pulu verən düdüyü çalar”, “Məsələəmmamədədirsə qoy başına oxu” və s. kimi məsəllər buna nümunədir. Lətifənin məğzi onun sonunda aydınlaşır.

3) Azərbaycan ədəbiyyatında Molla Nəsrəddin,
Bəhlul Danəndə, Abdal Qasım, Hacı dayı, Ayrım Tağı və s. kimi məşhur lətifəqəhrəmanlarına rast gəlinir. Bəzən bu qəhrəmanlar avam, kələkbaz, bəzən isə bilici, aqil insan kimi təqdim olunur.

4) Şah Abbasla bağlı lətifələrdə epik növün digər janrlarında mövcud olan ənənə təkrarlanır, bəzən şöhrətpərəstliyi, bəzən də gülüş doğuran digər hərəkətləri kinayə üsulu ilə tənqid olunur və buna görə də şah obrazı ikili xarakter daşıyır. Bəzi lətifələrdə Şah Abbas öz dili ilə özünü ifşa edir,  bəzilərində isə lətifə söyləyən digər surətlər vasitəsilə onun eyiblərini, çatışmazlıqlarını istehzalı şəkildə gülünc vəziyyətə salır.

5) “Adını demə özünü gətir” lətifəsində vəziri Allahverdi xanla “dərviş – libas” olarkən bir karvansarayda gecələməli olan şah çox üşüyür. Üzərinə örtmək üçün Allahverdi xana yaxındakı yorğanı istəyir. Allahverdi xan “şahım, o yorğan deyil, eşşək palanıdır” deyincə şah “adını demə, özünü gətir” cavabını verir.

6) Türk lətifələrinin əsas simalarından olan İncili Çavuş lətifələrində də şah Abbas obrazına rast gəlirik. Bu lətifələrdə Şah Abbas əsasən gülünc obrazda təqdim olunması iki dövlət və xalq arasında dini və milli ayrı-seçkiliklərinin nəticəsidir.

7) Şah Abbas ölkəsinə qonaq gəlmiş Çavuşa özünü zəngin göstərmək üçün qırx otağı gəzdirir. Otaqdan – otağa keçərkən qiymətli daşlarla bəzədilmiş bir tacı qarovullar həmin otağa aparırlar ki, guya hər otaqda belə bir qiymətli inci var. Şah Abbas Çavuşdan “Otaqları bəyəndinizmi” soruşarkən Çavuş “Çox bəyəndik, ancaq otaqları gəzərkən tac da bizimlə bərabər yoruldu” cavabını verərək şahı pərt edir.

8) Digər bir lətifə isə belədir: İncili Çavuş, elçi sifəti ilə Əcəm şahının yanına gəlir. Təəccüblənən Şah Abbas: Məgər İstanbulda Fars dilini bilən varmı? İncili də cavabında: İstanbulun köpəkləri belə farsca söhbət edirlər! deyə cavab verir. Şah : Köpəklər necə fars dilində başa düşüb söhbət edirlər? deyə soruşur. İncili Çavuş : Ortalıqda bir leş gördükləri vaxt itlərin yaşlıları “Xordən xordən” (yemək, yemək) deyə hürürlər. Azyaşlı itlər isə “Çənd çənd” (neçə? Neçəyə?) deyə soruşurlar. Yaşlılar da onlara “Həft, həft” (yeddi, yeddi) deyə cavab verirlər. “Bax, bu cür farsca söhbət edirlər” deyərək Şah Abbası təəccübləndirir.

Rəhim Əfəndi

Go to TOP