Dünən BİZONU tənqid etdi bu gün tərif. Budur Azərbaycan şairi! Ona görə bu ölkədə söz adamlarnın dəyər və qiyməti itib!

Bu gün BİZON markasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri mənə zəng etdi, mərkəzi ofisə dəvət etdi, şair, hüquqşünas dostum Mübariz Məsimoğlu ilə birlikdə görüşə getdik. Şirkət rəhbəri və digər əməkdaşlarla görüşdük, qarşılaşdığım məsələ haqqında geniş və səmimi söhbət etdik və BİZON markasının istehsal olunduğu fabrikə yollandıq. İstehsal prosesi, məhsulun keçdiyi xəttlərlə tanış olduq.

Dünya standartına cavab verən və 3 mərhələli mikronluq filtirasiyadan keçən məhsul əl dəymədən qablaşdırılır. Əmin oldum ki, heç bir halda məhsulun içinə şüşə, o cümlədən hər hansı bir yad cisim düşə bilməz. Qida ekspertləri və mütəxəssisləri ilə birlikdə ehtimal etdik ki, şüşəyə oxşayan maddə BİZON məhsulu fabrikdən çıxdıqdan sonra, yəni satış prossesi zamanı məhsulun qapağına yapışsın və mən açan zaman diqqət etməmişəm.

O BİZON da mən talesiz şairin bəxtinə düşüb. Hə, bir də bütün bunların səbəbi qaynar xətt hesab etdiyim və əslində hüquqi ünvanın nömrəsinə zəng etməyimdir. Məhsulun üzərində *0100 qaynar xətti qeyd edilibmiş.
İstəməyərək yaranmış bu anlaşılmamazlığı xoş olmayan bir tələskənlik hesab edirəm.

Və BİZON içməyə davam deyirəm.

Go to TOP