Füzuli və Ağdam bölgəsindən yeni qaçqın dəstələrini Talışıstanda yerləşdirmək istəyiblər

Aldığımız məlumata əsasən, Füzuli və Ağdam bölgəsindən yeni qaçqın dəstələrini Lənkəranın Rvo və Kuronbə kəndlərinə yerləşdirmək istəyiblər.

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi xəbərə  görə, bu barədə  talış  xalqının Rusiyada yaşayan çox şərəfli və ləyaqətli ölvadı, görkəmli ictimai-siyasi xadim, Talış Xalqın Haqlarını Müdafiə Komitəsinin (TXHMK) sədri Zahirəddin İbrahimi “Facebook” sosial şəbəkəsinin öz səhifəsində  məlumat yayıb.

Onun sözlərinə görə, sakinlərin kəskin etirazları nəticəsində onları həmin kəndlərdən uzaqlaşdırıblar. Əliyevlər tayfasının bu çür hərəkətləri talış xalqına qarşı etnosid siyasətinin davamı, Talışıstanın etnik mənzərəsini zorla dəyişdirmək cəhdidir. Bu da Bakı hokumətinin müvafiq beynəlxalq qanunları pozmaqda davam etdiyini göstərir.

“Məsələnin digər tərəfi ondan ibarətdir ki, Talış xalqının kompakt yaşadığı ərazidə əhali sıxlığı həddən yuxarıdır. Əliyev hokumətinin qaçqın dəstələrini Az.baycanda əhalinin seyrək yaşadığı ərazilərə yox, məhz talışdilli əhalinin sıx yaşadığı məntəqələrə köçürməsi yuxarıda qeyd etdiyimiz kimi talışları etnosid etmək siyasətinin davamıdır. İ.Əliyevin talış xalqına qarşı düşmənçilik siyasətinin bir təzahürü da bundan ibarətdir ki, cavanlarımızı cəbhəyə göndərərək qırdırır, əvəzinə cəbhə bolgəsindən bığıburma, yekəpər , həm də fərari və dezertir qaçqınları Talış zonasına göndərir”, – deyə Z. İbrahimi bildirib.

Go to TOP