Türkiyə – Azərbaycan sevişməsinin gizlinləri

Məlumdur ki, Türkiyə hətta İsrail rejimi Ərdoğanı söz atəşinə tutan zamanlarda belə İsrail ilə ticarəti, silah alış-verişini bir qəpik də olsun azaltmırdı. İndi də o Azərbaycanı Ermənistanla müharibəyə itələsə də yenə özünün həmən vərdişindən əl çəkmir,  Ermənistana mal ixracını azaltmayıb. Türkiyənin əksinə olaraq, İran Azərbaycanı müdafiə etdiyini zurna-balabana çalmasa da Ermənistanla sərhədi demək olar ki tam bağlayıb və hətta qeyri hərbi malların da Ermənistana keçməsinə icazə vermir. Belə olan halda, nə üçün İlham Əliyev daim Türkiyənin “himayəsi” və onun həyati əhəmiyyətindən ağzı dolusu danışır, ancaq İranın himayəsini dilə gətirmir?!

Türkiyənin  Azərbaycanın silah bazarına gözü düşüb və İsrailin yerini bu bazarda tutmaq fikrindədir. Həm də yaxşı bilir ki, Rusiyanın Azərbaycan silah bazarında yerini tuta bilməz. Amma, istər Türkiyə, istərsə də İsrail Azərbaycanın əsas silah tədarükçülərindən olsa belə, bunun Qarabağın azadlığına xeyri olmayacaq. Əliyevlər  hakimiyyətinin tarixi səhvi nəticəsində Qarabağdakı ermənilər 30 il müstəqil yaşadılar, qərbə və dünyanın bir çox ölkələrinə Qarabağın müstəqil respublika olduğunu sübut etdilər. İndi bu 130 min nəfər civarında cəmiyyəti olan, heç bir vəchlə  Azərbaycanın tərkibinə qayıtmaq istəməyən və bunun uğrunda hətta ölümə belə hazır olan erməni cəmiyyəti ortalıqdadır.

Qərbdən, Rusiyadan və hətta Türkiyədən it kimi qorxan Əliyev-Paşayev hakimiyyəti də İsrail – Türkiyə – Rusiya silahlarına, Ankaranın “siyasi təlimatina” , eləcə də Türkiyənin hərbi-təxribat strategiyası əsasında terrorçu muzdluların  xidmətinə  arxalanıb, Qarabağ konflikti kimi mürəkkəb məsələni hay-küy yaratmaqla güyaki çözmək istəyir. İnanan daşa dönsün! Əliyev –Paşayev hakimiyyəti düz deyirdisə, bəs niyə təmas xəttini yaran kimi sürətlə irəliləyib, Qarabağı alıb düniyanı fakt qarşısında qoymadı? Axı, əsas məsələ təmas xəttində olan hərbi istehkamları qırmaq idi. Təmas xəttindən sonra boş qalmış kənd və şəhərləri, insandan xalı qalmış düzənlik və dağlıq ərazilərdə irəliləyib ordunu Azərbaycan Respublikasının rəsmi sərhədlərinə qısa bir zamanda çatdırmaq heç də çətin iş deyildi. Amma, İlham Əliyev nədənsə etiraf etmir ki, o çətinlikdə təmas xəttini qıran Azərbaycan Respublikası ordusu boş ərazilərdə irəliləməyi nəyə görə dayandırdı?! Bunun əmri Rusiyadan gəldi, yaxud Türkiyədən, yadakı İsraildənmi? Məlum olur ki, Azərbaycanın əsas məsələsi siyası və iradəvi asılılıq məsələsidir. İndi də dövran düşür Türklərin əlinə. Hələ baxaq görək ki, onlar necə Azərbaycan Respublikasında iranlılar demişkən türktazi edəcəklər!

Qarabaq məsələsinə gəlincə, bu məsələ hərbi yolla çözüləsi deyil. Çünki, indiki zəmanədə nə o 130 min ermənini qırıb qutarmaq olacaq, nə onları Azərbaycanın indiki hakimiyyəti ram və tabe edə biləcək ki, onunla birlikdə yaşasınlar. Əliyev Türkiyədən və ələlxüsus Ərdoğandan ilham alıb Ərdoğanfason nitqlərində erməniləri “it kimi qovmaq” ilə hədələyir. Təbii ki, İlham Əliyev və Ərdoğan tərəfindən “it kimi qovulanlar” heç də onlarla birgə it kimi yaşamağa razı olmazlar, özlərini ölümə versələr belə! Ermənilərlə köhnə problemi olan Türkiyənin Qarabağ məsələsinə bu cür müdaxiləsi yalnız nifrət və kin-küdürəti qat qat artırıb. Cox təəssüflər olsun ki, bu cür hikkələrin aradan qaldırılmasına  uzun zaman sərf etmək lazım gələcək.

Bəhmən Haşımov

 

Go to TOP