Azərbaycan dövləti heç vaxt öz xalqlarına bərabər hüquq verməyəcək

27 sentyabrda başlanmış müharibədə talışların həm Azərbaycan hərbçiləri arasında,  buna müvafiq olaraq həm də şəhid olanlar arasında  mütləq əksəriyyət təşkil etmələri, rəsmən təsdiq edilməsə də,  hal-hazırda bunu heç kəs inkar etmir. Amma bu o demək deyildir ki, talış xalqının bu xidməti Azərbayçanın müasir tarixində öz layiqli yerini tutacaq, onların qəhrəmanlığı yaxın vaxtlarda azərprop tərəfindən unudulmağa məhkum olunmayacaq. Elə indinin özündə sosial şəbəkələrdə hokumətyönümlü yuzerlər, hokumətin təşkil etdiyi trollar və türk faşizminin məddahları talışların fədakarlığını, ən yaxşı halda “hamımız azərbaycanlıyıq, milləti bölməyin, ayrıçılıq etməyin” – şüarları ilə pərdələməyə çalışırlar. Bu da Azərbaycan dövlətinin bundan sonra da talış, eləcə də ölkənin digər xalqlarının etnosid siyasətini davam edəcəyinin göstəricisidir.

Müharibənin qızğın çağında hokumətpərəst talış fəalları tez-tez qeyd edirdilər ki, talışlar bu savaşda öz vətənpərvərliyini canları və qanları bahasına sübut etdilər, ona görə də hokumət müharibə bitəndən sonra onlara tərəf üz tutub bəzi mədəni hüquqlarını reallaşdırmağa rəvac verəcəkdir. Amma belə olmadı, həmin talış fəallarının arzuları bu qatil hokumətin talış alimi Fəxrəddin Abbasovu həbsxanada öldürməklə reallığa çevrilmək şansını itirdi. Bu hokumət talışlara münasibətdə öz canavar xislətini bir daha nümayiş etdirdi. Sübut etdi ki, nə qədər dələduz Əliyev tayfası hakimiyyətdədir, nə qədər bu tayfa dövlətinin ideologiyası türk faşizminə söykənir, bu ölkənin xalqları heç vaxt bərabər hüquqa malik olmayacaqlar.

Bu savaş vaxtı talışlar arasında belə bir analogiya da hakim idi: bir qrup talış fəalı deyirdi ki, 8 illik İran-İraq müharibəsində İranın türkmənşəli əhalisi yenilməz qəhrəmanlıq nümunəsi nümayiş etdilər, müharibədən sonra dövlət onların bu fədakarlığına layiqli qiymət verdi, onların dövlətdə təmsil olnumaları, mədəni inkişaf, dil, təhsil, mətbuat, TV, radio və s. hüquqlarını təmin etdi. Bu analoqiyanı Az.R-na tətbiq etmək qətiyyən mümkün deyil. Çünki, İran dövlətinin ideologiyasından fərqli olaraq, Az.R –nın ideologiyası qatı türk millətçiliyini, yəni bir millətin üstünlüyünü, və digər millətlərin assimilyasiyasını ehtiva edir. Buna görə də müharibədə əsasən qeyri – türk millətlərin nümayəndəlrini ön sıraya göndərilir. İran İslam İnqilabı bütün İran xalqının tarixi nailiyyəti idi, hamı bu nailiyyətin əleyhinə yönəldilmiş Amerika təcavüzünü dəf etmək üçün hər bir qəhrəmanlıq etməyə hazır idi, azərbaycan türkləri də əz cümlə.

Amma Az.R-da Əliyev hökuməti elədiyi saysız-hesabsız zülm və qeyri-qanuni əməllər nəticəsində xalq arasında sıfıra enmiş nüfuzunu qaldırmaq üçün Qarabağ münaqişəsindən bir vasitə kimi istifadə etdi. 1992-94-cü illər Qarabağ müharibəsi zamanı didərgin düşmüş 1 milyon qaçqın bu dəfəki savaşda demək olar ki, iştirak etmədi. Təsadüfi deyil ki, respublikanın digər bölgələrinin əksi olaraq, Talışların kompakt yaşadığı Cənub adlandırılan zonada tam hərbi səfərbərlik keçirildi, təqribi hesablamalara əsasən səfərbərliyə alınan hərbçilarin 70%-i Talış zonasından idi.

Talış milli fəallarının təşkil etdiyi Monitorinq Mərkəzinin məlumatına görə talış millətindən olan şəhidlərin sayı 1000 nəfərə yaxındır. Talışstanda sırf talış dilli 100 də artıq məntəqədə 1-dən 10-dək həlak olan var. Belə olan halda, İlham Əliyev kimi bir dinsiz, imansız, allahsız bir müqtədir adamın alicənablığına ümid bağlayıb, guya müharibədən sonra talışların mədəni hüquqlarının reallaşması üçün şərait yaradacağına inanmaq, əlbəttə ki, siyasi səbatsızlıq, həm də öz xalqını məhvə məhkum etməyə razılaşmaq deməkdir.

Salahəddin Əyyubi

 

Go to TOP