Lənkəranda İkinci Qarabağ müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib.

İkinci Qarabağ müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr Lənkəran Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət edib. Ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz raportu əsasında Daxili İşlər Orqanlarından xaric edilib.

Go to TOP