Terrorçuları Qarabağa məskünlaşdırırlar

Ərdoğan indi də Suriya türkmənlərini Qarabağa köçürməyi planlaşdırır!

Suriyayaya məxsus “Afrinpost” saytı xəbər verir ki, Türkiyə, işğal etdiyi Suriyanın Afrin şəhərində, Qarabağın ermənilərən azad olunan ərazilərinə köçməyə hazır olan Syriya türkmənlərini qeydə alan 2 ofis yaradıb.

Ofislərdən biri Afrinin köhnə hissəsindəki People Credit Bankında yerlkəşir ki, Türkiyə kəşfiyyatı buranı özünün mənzil qərərgahına çevirib. İkinci ofisinin isə Afrinin yeni bölgəsindəki Al Shifa yaxınlığında yerləşən keçmiş “Ronahi Press” binasında yerləşdiyi bildirilir ki, Türkiyə kəşfiyyatı buranı da özünün məxfi fəaliyyətlərindən ötrü istifadə edir.
Saytın bildirdiyinə görə, birinci ofisə – əslən Əzəz kəndindən olan “Əbu Tərvat” adlı türk kəşfiyyatının zabiti rəhbərlik edir. İkinci ofis isə Rai bölgəsindəki bir kənddən olan Hiru ləqəbli bir türkmən rəhbərlik edir ki, bu kəndin də əhalisi keçmiş İŞİD üzvü olan vəhhabi terrorçularla əməkdaşlıq edən yerli türkmənlərdən ibarətdir.

Sayt, suriyalı türkmənlərin, xüsusən də Homs əyalətindən gələn türkmənlərin bu ofislərə üz tutduqları və 44 günlük müharibə zamanı işğaldan təmizlənən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə köçməkdən ötrü adlarını yazdıraraq qeydiyyata alındıqlarını qeyd edib.

Xatırlatmaq lazımdır ki, Ərdoğanın suriyalı vəhhabiləri Azərbaycan və Qarabağ ərazilərinə daşıması xəbərini də ilk olaraq Suriyanın idlib şəhərndəki mənbələr vermiuşdilər ki, sonradan bu fakt öz təsdiqini tapdı.

Əgər xayırlayırsızsa, bundan əvvəl – Türkiyə hakimiyyətinin Azərbaycana gələcək vəhabi terrorçulara azərbaycanlı qızlarla evlənmək və Azərbaycan vətəndaşlığı almaq vədi ilə şirnikləndirərək onları Qarabağa gəlməyə razı saldığına dair xəbərlər yayılmışdı. Öz ölkələrinin xüsusi xidmət orqanları tərəfindən terrorçular siyahısına daxil edildikləri üzündən vətənlərinə geri dönmək imkanları olmayan vəhhabilərin də bu şərtlə razılaşıb Azərbaycana gəldikləri bildirilirdi.

Ehtimal etmək olar ki, Ərdoğan hakimiyyəti suriyalı türkmənləri Qarabağa köçürərək, bundan əvvəl Azərbaycana daşıdığı vəhhabi terrorçuları də onlara qatıb, öz nəzarətində olan terrorçular üçün Qarabağda yaşamaq imkanı təmin etməyi planlaşdırır.

Göründüyü kimi, sionist maşası Ərdoğanın Azərbaycan üçün nəzərdə tutduğu fitnələr bitmək bilmir. Bu sionist nökərinin daha hansı fitnələr planladığını – bir, bu planları cızan İsrail sionist rejimi və bir də Allah bilir. İnşaAllah ki, arzuları ürəklərində qalar!

Hüseyn Cahangirov

Go to TOP