Azərbaycanda talışların hüquqları pozulurmu?

Azərbaycan siyasi cameəsində öz faşist təfəkkürü ilə digərlərindən heç də geri qalmayan İqbal Ağazadə keçən günlərdə elan etdi ki, respublikada talışların hüquqları pozulmur, məktəblərdə talış dili tədris olunur.  Keçən il də respublika Təhsil Nazrliyinin məsul işçisi rəsmən elan etmişdi ki, ölkənin 225 məktəbində talış dili tədris olunur.  O bu fikri Avropa təşkilatlarının tənqidinə nəzərən dedi. Çünki Əliyev hökuməti Respublika xalqlarının dillərinin qorunması barəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi barəsinədə Avropa təşkilatlarının tənqidinə cavab vermək məcburiyyətində qalmışdı.

Nazirliyin məsul işçisinin söylədiyi bu yalan social şəbəkələrdə talış fəallarının kəskin etirazına səbəb olmuşdu. Amma hökumətin tərəfində duran bir sıra fəallar isə etdikləri vərdişə müvafiq olaraq iqtidarın tərəfinə boylanaraq deyirdilər ki, “Talış dilində dərs keçilir, əmma….”, başlayırdılar ki, “əmma mütəxəssis hazırlanmır, dərslik yoxdur, valideynlər istəmir, 2 saatdan 1 saata endirilib, fakültətiv tədris olunur” və s.

Amma bu “əmma”nın əsas məziyyəti ondan ibarətdir ki, 225 məktəbin heç birində talış dili tədris olunmur. Baxmayaraq ki, dərs cədvəlində və hətta şagirdələrin gündəliklərində qeyd olunur, amma keçilmir. Talış məktəblərində talış dili dərsi KEÇİLMİR. Əmmasız! O “əmma” fikirli talış fəalları gedib həmin 225 məktəbə baxsınlar, görsünlər ki, onların bircəsində belə talış dili tədris olunmur. Özü də bu qadağa Azərbaycan hökuməti tərəfindən qoyulub. Bir vaxtlar Lerik rayonun icra başcısı Rövşən Bağırov bloqer Azər Kazımzadəyə etiraf edərək demişdi ki, bunu ona Prezident Adminstrasiyasının sədri Ramiz Mehdiyev şəxsən tapşırıb. Bu faktı həmin hökumətpərəst talış fəalları da yaxşı xatırlayırlar.

Talış fəallarının bu cür sadəlövhcəsinə “Azərbaycanın 80%-ni işğal etmiş”  ( ifadə azər-türk müxalifət fəallarına məxsusdur) bu hökumətə reverans etməkdə məqsədləri nədir? Bu cür məzlumluq nümayiş etməklə onlar məgər öz mənsub olduqları binəva talış xalqına gün ağıaya bilərlərmi? Elə talış ziyalılarının bu cür məzlumluğu, tayfa hökumətinin siyasıtinə xidmət etmələri ona gətirib çıxarıb ki, İqbal Ağazadə kimi faşist məfkurəli adamlar talışa heç bir hüquq tanımır, talışın olmayan hüququnun pozulmadığını bəyan edirlər. Elə həmin talış ziyalılarının ağzına baxıb bu sözü deyirlər.

Hələ mən onu demirəm ki, həmin talış fəalları azərpropun yalan təbliğatına uyaraq Jak de Morqanın Talışıstanda apardığı arxeoloji tədqiqata qara yaxıb onu “ qəbrləri dağıtmaqda” təqsirləndirirlər. Halbuki onlar gözəl bilirlər ki, Jak de Morqan indiki Azərbaycanın tayfa təfəkkürlü arxeoloqlarının tam əksi olaraq aşkar etdiyi həmin artefaktları oğurlamadı, onları tədqiq edib elmi təsnifatını verdi, arxeologiya edmi üçün yeni bir mədəniyyət kəşf etdi, onu bizim vətənimizin adı ilə “Talış mədəniyyəti” adlandırdı, bu barədə 5 cilddən ibarət elmi tədqiqat əsəri yazıb bütün dünya elminə bəxş etdi.  İndiki Azərbaycanın tayfa təfəkkürlü alimcələri isə Morqanın bu tədqiqatını həzm edə bilmirlər, ona qara yaxırlar. Çox təəssüf ki, bəzi talış ziyalıları da onlara züy tutmaqla məşğuldurlar.

Digər talış fəalları, məsələn, talışşünas alim Marsel Bazenin talış etnoqrafiyası haqqında fransız dilində yazdığı fundamental bir əsəri tərcümə edib yaymaq əvəzinə fars dilində yazılmış “Əxbarnamə”ni azərbaycan dilindən talış dilinə tərcümə edib çap etmək kimi azfaydalı bir işə vaxt və maddi vəsait sərf etməyə girişirlər.  Təbii ki, talış xalqını assimlyasiya etməyi qarşısına məqsəd qoymuş Azərbaycan dövləti M. Bazenin bu əsərinin talışlar arasında yayılmasına razı ola bilməz, çünki, bu əsərdə talışların əcdadının mədəniyyət sahəsində qazandığı nailiyyətlər qeyd olunub, bu kimi biliklərin  talışlar arasında yayılması Əliyevlər hökumətinin apardığı faşist siyasətinin prinsiplərinə ziddir. Elə bu səbəbdən də hökumətə tərəf meyilli olan həmin talış ziyalıları bu işə girişmirlər, ehtiyat edirlər ki, birdən bu, onların azər-türk qardaşlarının acığına gələr.

Sovetlər birliyinin son ilində Azərbaycan radiosunda talış dilində həftədə 2 dəfə 15 dəqiqəlik verliş verilməyə başlandı. Bu, talış xalqı tərəfindən böyük həvəslə qarşılandı. Radio qısa müddətdə böyük bir auditoriya qazandı. Azərbaycan müstəqil olandan sonra hakimiyyəti zəbt etmiş tayfa bundan bərk narahat oldu. Nə qədər gülünc də olsa onların parlamenti qərara aldı ki, bu kimi radiolar öz verlişlərinin 75%-ni dövlət dilində aparmalıdırlar. Həmin radio da, parlamentin bi yırtıcı qanununa əsasən,  Azərbaycan adlı bu türk dövlətinin  ona əta etdiyi 15 dəqiqə vaxtının 4 dəqiqəsini talışca, qalan 11 dəqiqəsini isə azər-türk dilində danışdı. Amma bu radionun sərgüzəşləri bununla bitmədi. Sonralar o, efirdən tamam itdi. Çoxsaylı dinləyiciləri radionun redaksiyasına getdilər, onlara dedilər ki, guya bu radio daha Azərbaycan məkanı üçün yox, dünya məkanı (?) üçün yayımlanır. Talışın xeyli hökumətpərəst ziyalıları özlərini avamlığa qoyaraq təsdiq edirdilər ki, “Azərbaycan hokuməti talış dilində radio açıb, əmma…”.

Hörmətli oxucular. Əmmasını siz davam edin. Özünü avamlığa qoymaq olar, sadəlövh aparmaq olar, sənin millətini məhv edən tayfa hökumətinə tərəf boylanmaq da olar, daha bu qədər yox da.

Salahəddin Əyyubi

 

Go to TOP