Qarabağ düşüncələri

Müharibә başlananda dostlarla söhbәtdә bir fikir bildirmişdim. O zaman hәmin fikri publika içәrisindә demәk intihar kimi bir şey idi. Amma indi yavaş-yavaş eyforiyanın keçdiyini nәzәrә alsaq, sizinlә dә bölüşüm. Qarabağda döyüşlәr başlananda әn çox canfәşanlıq müşahidә edilәn region Talış idi.

Çoxlu sayda talış könüllü olaraq Qarabağa döyüşmәyә yollandı. Hәtta bәzi ailәlәrdәn iki qardaşın ikisi dә Qarabağ uğrunda döyüşlәrdә iştirak etdilәr. Bunların arasında hәr iki övladını itirәn ailәlәr dә var. Qarabağ döyüşlәri hәr şeydәn öncә etnik müharibә idi.

Azәrbaycan tәrәfi, rәsmi orqanlardan tutmuş özlәrini demokrat adlandıran müxalif qüvvәlәrә qәdәr, hamılıqla ermәnilәri Qarabağdan qovmaq istәyindә olduqlarını heç gizlәtmirdilәr dә. İlham Әliyevin “Sizi iti qovan kimi qovuruq” ifadәsi hәtta trendә çevrilmişdi. Amma bütün bunlara baxmayaraq ermәnilәr Qarabağda qala bildilәr.

Bunu özlәri etdilәr, ya kimlәrinsә kömәyi vә vasitәsi ilә etdilәr, bu ayrı mövzudur. Hәm dә bu haqda düşünmәk üçün ciddi arqumentdir. Qarabağ müharibәsi nәticәsindә әgәr Azәrbaycan ermәnilәrә qarşı etnik tәmizlәmә apara bilsәydi, bu hadisә ölkәdә digәr qeyri-türk xalqların, әn birinci dә, talışların sonu demәk idi.

Qәlәbәdәn şövqә gәlәn pantürk hakimiyyәt vә bu mәsәlәdә onu tam dәstәklәyәn türk toplumunun qarşısını daha heç nә ala bilmәzdi. Çox yox, uzağı 20 ilә Azәrbaycanda talışlar barmaq sayı qәdәr olacaqdı. Qalanlarını zor ya xoş assimilyasiya edib türklәşdirәcәkdilәr. Mәhz ermәnilәr Qarabağda öz mövqelәrini qoruya bilmәklә Azәrbaycanda qeyri-türklәrin mәhv edilmәsinin qarşısını müәyyәn qәdәr dә olsa, aldılar.

Paradoks da bunda idi: Talışlar Qarabağda ermәnilәrә qarşı döyüşüb onları öldürmәklә hәmçinin mәnsub olduqaları talış millәtinin pantürk dövlәt tәrәfindәn daha tez mәhv edilmәsi üçün mübarizә aparırdılar. Ermәnilәr isә hәmin talışlara dirәniş göstәrәrәk onları şәhid etmәklә onların mәnsub olduqları talış millәtinin mәhv edilmәsinin qarşısını müәyyәn qәdәr dә olsa, aldılar. Çox acı vә paradoksal olsa da, bu bir hәqiqәtdir.

Hazırda ermәnilәr rәsmәn Qarabağın sahibidirlәr. Azәrbaycan istәsә dә, istәmәsә dә, onların milli haqlarını tanımağa mәcburdur. Cәrәyan edәn hadisәlәr dә göstәrir ki, tezliklә iki xalq – ermәni vә türklәr arasında bütün münasibәtlәr bәrpa olunacaq. Burda mәni bir sual düşündürür. Bәs talışların milli haqları necә olacaq? Mәn bu sualı ilk növbәdә Qarabağda döyüşәn talışlara ünvanlamaq istәyirәm. Bu haqda düşünmәk bir talış kimi onların borcudur.

 Rəhim Sərxanov

Go to TOP