“OVERTON PƏNCƏRƏSİ” nədir?

(Qərbin mədəni təcavüzü, feminizm, milli – mənəvi dəyərlərin məhvi, millətçilik, anarxiya, KİV – lər, homoseksualizm, vəhhabilik, dini terrorizm kimi təqdim etmə , sosializmə irticaçı baxışın formalaşdırılması – QƏRBİN GİZLİ GÜCÜ – MEDİA GÜCÜ ).

1) OVERTON PƏNCƏRƏSİ haqqında eşitmisinizmi? Eşitməmisinizsə, onda bu HƏR ŞEYİN LEQALLAŞDIRILMA TEXNOLOGİYASI haqqında oxumağınızı məsləhət görürük. Əgər oxusanız, homoseksualizm və eynicinsli nigahların necə qanuniləşdirilməsini başa düşəcəksiniz. Avropada pedofiliya və insestin leqallaşdırılmasının yaxın illərdə tamamilə hayata keçiriləcəyi sizə aydın olacaq. Eyni zamanda uşaq evtanaziyası da bu qəbildəndir.

2) Cozef Overton cəmiyyətə tamamilə yad ideyaların insanlığın rədd edilən dəyərlər sistemindən götürülüb, təmizlənib, ən nəhayət necə qanuniləşdirildiyini təsvir etmişdir.

Overtonun “İMKANLAR PƏNCƏRƏSİNƏ” görə hər hansı ideya və ya problemin cəmiyyətdə imkan pəncərəsi mövcuddur. Bu pəncərə daxilində ideyanı geniş müzakirə etmək, açıq-aşkar dəstəkləmək, təbliğ etmək və qanunvericiliklə təsdiqinə cəhd etmək mümkün ola da bilər, olmaya da bilər. Bəs necə?

1️⃣Pəncərə imkanlar çərçivəsini dəyişdirməklə tədricən hərəkət etdirilir.

2️⃣ “Ağlasığmazlıq” pilləsindən, yəni ümumi əxlaqa tamamilə yad, kütləvi inkar dərəcəsindən geniş müzakirə olunmuş, kütləvi şüurun qəbul və qanunun təstiq etdiyi “aktual siyasət” mərhələsinəcən çatdırılır.

3️⃣Bu, özü-özlüyündə, beyinlərin yuyulması deyil, daha incə texnologiyadır. Ardıcıl, sistemli tətbiq və təsir faktının hədəfin, qurban-cəmiyyətin nəzərindən yayınması onu daha effektiv edir.

✔️Aşağıda gətirəcəyimiz misalda cəmiyyətin əvvəl qəbuledilməz hesab etdiyi istənilən fikri, addım-addım, öncə müzakirə etməsi, sonra münasib bilməsi və nəhayət, nə vaxtsa ağlasığmaz saydığını təmin edən və qoruyan yeni qanunla barışmasını göstərəcəyik.

❌❎Misal kimi tamamilə ağlasığmaz bir şey götürək. Məsələn, kannibalizm, yəni vətəndaşların bir-birini yemək hüququnun leqallaşması ideyasını. Kifayət qədər qəddar misaldır, deyilmi? Təbii ki, indiki zamanda kannibalizmi təbliğ etməyin mümkünatı yoxdur – cəmiyyət ayağa qalxar. Bu o deməkdir ki, kannibalizmin leqallaşması problemi hal-hazırda imkanlar pəncərəsinin sıfır mərhələsindədir. Overtona görə, bu mərhələ “Ağlasığmaz” adlanır. İndi isə bu ağlasığılmazın, bütün mərhələlərdən keçərək, həyata keçməsini təsvir edək.

🅰️TEXNOLOGİYA

Bir daha təkrar edirik, Overton, istənilən hər hansı ideyanın leqallaşdırılması TEXNOLOGİYASINI təsvir edib. Diqqət edin! O, sadəcə konsepsiya təklif etməyib, hər-hansı bir şəkildə öz fikirlərini ifadə etməyib – mövcud texnologiyanı təsvir edib. Yəni, istənilən nəticənin əldə olunmasına gətirib çıxaran fəaliyyət (tədbirlər) ardıcıllığını göstərib. Belə bir texnologiya insan cəmiyyətinin məhvində nüvə silahından daha effektiv ola bilər.

🅱️CƏSARƏTƏ BAX!

Kannibalizm mövzusu cəmiyyət üçün hələ iyrənc və qəbuledilməzdir. Bu mövzunu nə mətbuatda, nə layiqli həmsöhbətlə müzakirə etmək arzuolunmazdır. Bu, hələ ağlasığmaz, absurd, qadağan olunmuş fenomendir. Demək ki, Overton Pəncərəsinin ilk addımı – kannibalizm mövzusunu ağlasığmazlıq müstəvisindən radikallıq sahəsinə keçirtməkdir.

📛Niyə də kannibalizmdən söhbət açmayaq? Ümumiyyətlə alimlər istənilən mövzu barəsində danışmalıdırlar – onlar üçün qadağan olunmuş mövzu olmamalıdır, onlar hər şeyi öyrənməlidirlər. Belədirsə, “Polineziya tayfalarının ekzotik mərasimləri” mövzusunda etnoloji simpozium təşkil edək. Burada predmetin tarixini müzakirə edək, onu elmi dövriyyəyə daxil edək və bununla da kannibalizm haqqında faktik nüfuzlu bir rəy əldə etmiş olaq. Görürsünüz, sən demə, adamyeyənlik haqqında predmetə uyğun, elmi mötəbərlik çərçivəsində söhbət açmaq olar.

❗❗❗Overton Pəncərəsi artıq yerindən tərpəndi. Artıq mövqelər gözdən keçirilir. Bununla da cəmiyyətin barışmaz mənfi yanaşmasında daha müsbət münasibətə keçid təmin olunur.

🆘🆘Yalançı elmi müzakirə ilə eyni vaxtda mütləq hansısa “Radikal Kanniballar Cəmiyyəti” yaranmalıdır. Bu cəmiyyət yalnız internetdə təmsil olunsa belə, lazımi KİV mütləq onların fərqinə varıb, istinad edəcək.

🔳📳Birincisi, bu ifadə azadlığının daha bir faktıdır. İkincisi, xüsusi növ bu cür sarsıdıcı ünsürlər radikal hürkü görüntüsü yaratmaq üçün lazımdır. Onlar “pis kanniballar” olacaq, digər hürkü mənbəyi – “onlar kimi olmayanları odda yandırmağa çağıran faşistlərə” əks olacaq. Hürkü müqəvvaları haqqında daha sonra danışacağıq. Başlanğıc üçün insan əti yemək barəsində britaniya alimlərinin və digər təbiətli radikal ünsürlərin nə düşündüyünü dərc etmək yetərlidir. Overton Pəncərəsinin ilk addımının nəticəsi: qəbuledilməz mövzu dövriyyədədir, tabu toxunulmazlığını itirib, problemə birmənalı yanaşma mütləqliyi aradan qalxıb – “bozun çalarları” yaradılıb.

🆘NİYƏ DƏ YOX?

Növbəti addımda Pəncərə daha irəli hərəkət edir və kannibalizm mövzusu radikallıq sahəsindən mümkünat sahəsinə keçid alır.Bu mərhələdə “alimlərə” istinad etməkdə davam edirik. Axı bilikdən üz döndərmək olmaz. Kannibalizm haqqında danışmaqdan imtina edən istənilən şəxs nadan və münafiq kimi möhürlənməlidir. Nadanlığı qınayarkən, kannibalizmə mütləq nəcib bir ad fikirləşmək lazımdır ki, hansısa faşistlər müxalif fikirlilərə “kannibal” adını verməyə cəsarət etməsinlər 🆘Diqqət! Evfemizmin yaradılması – vacib məqamdır. Ağlasığmaz ideyanın qanuniləşdirilməsi üçün onun əsil adı dəyişdirilməlidir.

🆘❌Kannibalizm daha yoxdur.

❌ İndi bu, məsələn, antropofagiya adlanır. Amma bu termin də yaxında yenisi ilə əvəz olunacaq, şübhəsiz, təhqiredici olması səbəbi ilə. Yeni adların icad olunmasının məqsədi – problemin məğzini təyinatından yayındırmaq, sözün formasını məzmunundan ayırmaq, ideoloji rəqibləri dildən məhrum etməkdir. Kannibalizm öncə antropofagiya, sonra antropofiliyaya çevrilir, cinayətkarın soyadını və pasportunu dəyişməsi tək. Ad oyunlarına paralel olaraq dayaq presedenti yaradılır. O, tarixi, mifoloji , müasir və ya sadəcə qondarma ola bilər, əsası – legitimləşdirilmiş olsun. O, antropofiliyanın prinsipcə qanuniləşdirilə biləcəyinin “sübut”u kimi ya tapılacaq, ya uydurulacaq. “Susuzluqdan ölən uşaqlarını öz qanı ilə doyuzduran fədakar ana haqqında əfsanə yadınızdamı?” “Bəs hər kəsi dalbadal yeyən antik tanrılar haqqında hekayələr necə? Romada bu, ümumən, normal sayılırdı.” “Bizə nisbətən yaxın xristianların isə xüsusilə antropofiliya ilə araları yaxşıdır. Onlar elə indi də ritual olaraq allahlarının qanını içir, ətini yeyirlər. Siz xristian kilsəsini nədəsə günahlandırmırsınız axı? Ümumiyyətlə, siz kimsiz axı?”

Bu mərhələdə əsas məqsəd – adam yeməyi heç olmasa qismən cinayət təqibindən azad etmək həzzinə nail olmaqdan ibarət idi. Heç olmasa bir dəfə, bir tarixi an.

✔️❗BELƏ DƏ LAZIMDIR

“Legitimləşdirilmiş presedent” təqdim olunduqdan sonra, Overton Pəncərəsini mümkünat sahəsindən rasionallıq sahəsinə tərpətmək imkanı yaranır. Bu üçüncü mərhələdir. Bu mərhələdə bütöv problemin hissələrə bölünməsi tamamlanır. “Adam yemək arzusu insan təbiətinə xasdır, genetikdir.” “Bəzən, həyatda qalmaq üçün adam yemək labüddür, qaçılmaz hallar var.” “Yeyilmək istəyən insanlar var.” “Antropofilləri təhrik edirlər!” “Qadağan olunmuş meyvə şirin olur.” “Azad insan nə yemək istədiyinə qərar vermək hüququna malikdir” “İnformasiyanı gizlətməyin, qoy hər kəs antropofil və ya antropofob olduğuna qərar versin.” “Antropofiliyanın zərəri varmı? Onun qaçılmazlığı sübut olunmayıb.”

🆘İctimai şüurda problem üçün süni olaraq “döyüş meydanı” yaradılır. Kənar cinahlarda xüsusi olaraq meydana gəlmiş radikal tərəfdarlar və radikal əleyhdarlər yerləşdirilir. Real rəqibləri, yəni kanniballığın tabulaşdırılmaması probleminə biganə qalmaq istəməyən adi adamları adı çəkilən hürkü müqəvvaları ilə birgə radikal qənim qismində təqdim etməyə çalışırlar. Həmin müqəvvaların əsas rolu fəal psixopat obrazını – adamyeyənləri, yahudiləri, kommunistləri, qaradərililəri diri-diri yandırmağa çağıran aqressiv faşistlərin, antropofiliya qənimlərinin obrazını yaratmaqdır. Leqallaşmanın real əleyhdarlarından savayı yuxarıda sadalananların hamısının KİV-də yer alması təmin edilir. Bu vəziyyətdə, antropofillər sanki hürkü müqəvvaları arasında qalır, “məntiqi” təmsil edərək, “sağlam düşüncə və insanlıq” pafosu ilə “bütün növ faşistləri” qınayırlar. Bu mərhələdə “alimlər” və jurnalistlər insanların insanlıq tarixi boyunca zaman-zaman bir-birlərini yeməsini sübut edirlər və bunun normal olmasına işarə edirlər. İndi isə antropofiliya mövzusunu rasionallıq müstəvisindən popyularlıq kateqoriyasına keçirmək olar. Overton Pəncərəsi daha da irəliləyir.

YAXŞI MƏNADA

Kannibalizm mövzusunu populyarlaşdırmaq üçün onu tarixi və mifoloji şəxsiyyətlərlə, mümkün olduqda hətta müasir media üzlərlə uyğunlaşdırmalı və pop-kontentdə saxlamalı.

Antropofiliya xəbər buraxlışlarına və tok-şoulara kütləvi şəkildə daxil edilir. Adamyemək geniş kino-auditoriyalarda, mahnı mətnlərində, videokliplərdə yer alır.

❗Təbliğatın bir üsulu “Ətrafına bax!” adlanır. “Siz bilmirdiz ki, filan məşhur bəstəkar – belədir?.. antropofildir.” “Hamının tanıdığı filan polşa ssenaristi isə ömrü boyu antropofil olub, hətta buna görə təqib də olunub.” “Görün onlardan neçəsini dəlixanalara salıblar! Neçə miliyonu repressiyaya uğrayıb, vətəndaşlıqdan məhrum olunub!..

Bu arada, Lady Gaganın “Eat me, baby” klipini bəyəndiz?” Bu mərhələdə mövzunu TOP sıraya çıxardırlar və o, kütləvi mediada, şou-biznesdə, siyasətdə öz-özünə çoxalır. Digər effektiv üsul: problemin məğzi informasiyanın yayıcıları (jurnalistlər, teleaparıcılar, ictimai şəxslər və s.) səviyyəsində saxlanılır, mütəxəssisləri qatmadan. Sonra, mövzü cansıxıcı, müzakirəolunmaz hal aldığı məqamda xüsusi olaraq seçilmiş mütəxəssis ortaya çıxıb deyir: “Cənablar, əslində hər şey tamamilə başqa cürdür! Və filan cür etmək lazımdır.” – və bu zaman mövzuya “Pəncərə”nin hərəkəti ilə təyin olunan müəyyən bir tendensioz cərəyan baş verir. Leqallaşdırma tərəfdarlarına haqq qazandırmaq üçün cinayətkarların cinayət ilə uyğun gəlməyən tərəflərini göstərir, onların müsbət obrazını yaradıb, insaniləşdirirlər. “O axı yaradıcı adamıdır. Nə olsun ki arvadını yeyib?” “Onlar qurbanlarını həqiqətən də sevirlər. Pişik balasını çox istədiyindən yeyər!” “Antropofillərin IQ-sü yüksək olur, digər məsələlərdə onlar ciddi əxlaqa riayət edirlər.” “Antropofillər özləri qurbandır, onları həyat məcbur edir.” “Onları belə tərbiyə ediblər” və s. Bü cür oyunbazlıq populyar tok-şouların duzudur. “Sizə faciəvi sevgi hekayəsi danışacağıq! Oğlan onu yemək istəyirdi! Qız da yeyilmək istəyirdi! Biz kimik ki, onları mühakimə edək! Bəlkə bu – sevgidir! Siz kimsiniz ki, sevginin önündə durasınız?”

BURADA GÜC SAHİBİ BİZİK Mövzunun populyarlıq kateqoriyasından aktual siyasət sahəsinə hərəkət etmək imkanı yetişdiyi zaman Overton Pəncərəsinin beşinci mərhələsinə keçid alınır.

✔️Hüquqi baza hazırlanmağa başlayır. Hakim lobbi qrupları kölgədən çıxır, möhkəmlənirlər.

✔️Kannibalizmin leqallaşması tərəfdarlarının yüksək faizini guya təsdiq edən sosioloji sorğu nəticələri çap olunur.

✔️Siyasətçilər bu mövzunun qanunla təsdiqlənməsi haqqında ictimai bəyanatlarla çıxış etməyə cəhd edir. İctimai şüura yeni doqma yeridilir: “adam yeməyin qadağan olunması qadağandır”.

✔️Bu liberalizmin dəst-xəttidir – tabuya qadağa qoyan tolerantlıq, cəmiyyət üçün məhvedici olan yayınmanın qarşısını almağa və ya bu barədə xəbərdarlığa qadağa.

✔️Pəncərənin inkişafının son etapı, “populyar” kateqoriyasından “aktual siyasət”ə keçidi zamanı cəmiyyət artıq yola gətirilib. Onun ən diri hissəsi yaxın zamana qədər ağılasığmaz sayılanın qanunla təsdiqinə hələ də qarşı çıxacaq. Amma bütövlükdə cəmiyyət artıq yola gəlib, öz məğlubiyyətini qəbul edib. Qanunlar qəbul edilib, insan yaşamının normaları dəyişdirilib (dağıdılıb ), sonradan bu mövzunun sədaları qaçılmaz olaraq məktəblərə, uşaq baxçalarına yol açacaq, demək ki, gələcək nəslin yaşamağa ümumiyyətlə şansı olmayacaq. Pedarastiyanın (indi onlar özlərinin gey adlandırılmasını tələb edirlər) leqallaşdırılması belə oldu. İndi isə gözümüzün qabağında Avropa insest və uşaq evtanaziyasını leqallaşdırır.

Jozef P. Overton (1960-2003), “Mackinac Center” ictimai siyasət mərkəzinin birinci vitse-prezidenti. Təyyarə qəzasında həyatını itirib. Ölümündən sonra “Overton Pəncərəsi” adlandırılmış, ictimai rəydə problem haqqında təsəvvürlərin dəyişməsi modeli formalaşdırılıb. (C)

Rəhim Əfəndi
Go to TOP