İran Ruhani dövrünün İranı olmaz – Rəisi artıq İRİ -nin prezidentidir

Artıq deyə bilərik ki, Ebrahim Rəisi İran İslam Respublikasının yeni prezidentidir. Bir həftə əvvəl müsahibə vermişdim, bir qədər tərəddüd edərək və müəyyən şübhələr ilə olsa da ən azından (!) sələfi Həsən Ruhanidən nisbətən daha mühafizəkar birisinin iqtidara gələcəyini təxmin etdiyimi qeyd etmişdim. Təxminlərim düz çıxdı, hərçənd 600-ə yaxın namizəliyini vermek istəyən şəxslərin içindən sadəcə 7 nəfər seçkilərə buraxıldı, onların içində bircə nəfər belə olsun hətta nisbi islahatçı (məsələn Əli Laricani) belə yox idi.

Ebrahim Rəisi tam fərqli personajdır. Ola bilər ki, Əhmədinejadı çoxları mühafizəkar şəxs kimi qəbul etsin, ancaq unutmaə lazım deyil ki, o daha çox populist idi və rəhbərlik təcrübəsi olmayan biri idi. Rəisi fərqlidir, Məşhəddə doğulmuş etnik fars olan bu şəxs əvvəlcə Tehranın, daha sonra cümlə İranın prokuroru işləyib, deyilənlərə görə İran xüsusi xidmət orqanlarının da əməkdaşı olub. Vəfat edəcəyi təqdirdə Əli Xameneinin yerinə keçəcək ən real namizəddir. İran kimi ciddi nəzarətin və bir balaca səhvin belə bağışlanmadığı ölkədə 40 illik karyerası var və karyera pillələrini addım addım keçmiş birisidir.

Rəisinin rəsmi olaraq qalibiyyəti Azərbaycan Respublikası cəmiyyətinə necə əks olunacaq? Bu daha çox indiki Azərbaycan Respublikasının rəhbərləyinin “özünü necə aparmasından” asılıdır. Birmənalı olaraq “Arazı ayırdılar” və s. tipli provakativ fikirlərə Ruhani dövründə olduğu kimi “əşşi əybi yox” tipli cavab yox, çox sərt tonda cavab veriləcək. Böyük ehtimalla 2015-ci ilin sonuna kimi davam etmiş ritorikaya geri qayıdılacaq. Bəs Azərbaycan Respublikası cəmiyyəti buna necə reaksiya verəcək? Bu İranın yanaşmasından asılıdır. Əyər iqtisadiyyat, mədəniyyət və s. sahələrdə əməkdaşlıq yerinə əlində ələm, qoltuğunda dini kitablarla gələcəksə, Talış-Muğan və Aran (Aran dedikdə tarixi Aran; indiki Beyləqan, Ağcabədi və s.) ərazisindən savayı heç kəsdən dəstək ala bilməyəcək, hətta son illərdə və xüsusən son bir ildə baş verənlərə baxsaq, daha özündən uzaqlaşdırmaq ilə bitəcək.

Nicat İmran

Go to TOP