Cəlilabadda 4 otaqlı ev yanıb

Cəlilabad rayonunda evdə yanğın olub.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Soltankənd kəndində ümumi sahəsi 104 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının tavanı 38 m² sahədə, 1 ədəd pəncərə çərçivəsi və qismən ev əşyaları yanıb.

“Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.

Go to TOP