Tanıyaq: Harvard Universitetə qəbul edilən talış məzunu

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Masallı rayonu Mollahəsənli kənd tam orta məktəbin məzunu Nərgiz Məmmədova ABŞ-ın dünyaca məşhur Harvard Universitetindən qəbul təklifi alıb.

Nərgiz Məmmədova 2015-2020-ci illərdə ADA Universitetinin İqtisadiyyat fakültəsində bakalavr, 2020-2022-ci illərdə isə Rusiyanın Ali İqtisadi Məktəbində magistr təhsili alıb.

Dövlət Proqramı çərçivəsində Amerikanın nüfuzlu Harvard Universitetinə qəbul olunan Nərgiz burada Beynəlxalq İnkişafda Dövlət İdarəçiliyi (Master of Public Administration in International Development) ixtisası üzrə magistr təhsili alacaq.

Təbrik edirik. Qürur duyuruq.

Go to TOP