Lənkəranda Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanılıblar

Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsi ilə məşğul olan şəxslər tutulublar.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə  DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində Masallı rayonunun Qodman kənd sakini, 31 yaşlı Nurəddin Əlizadə və Sumqayıt şəhər sakini, 30 yaşlı Əliyev Eduard ümumi çəkisi 11 kiloqram 592,44 qram narkotik vasitə (7 kq 435 qram marixuana, 1 kq 810 qram heroin, 662,44 qram metamfetamin və 1 kq 685 qram metadon M40 narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb) ilə saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Go to TOP