Rəsmi Bakı Rusiyadan “Talış-Muğan Respublikası”na qarşı tədbir görülməsini tələb etdi

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyi 2023-cü il avqustun 7-də Yekaterinburqda “Talış-Muğan Muxtar Respublikasının yaradılmasının 30 illiyi” münasibətilə təşkil olunmuş tədbirlə əlaqədar məlumat yayıb.

Səfirliyin internet səhifəsində yer alan məlumatda bildirilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bu tədbirin keçirilməsini nəzərə alaraq, səfirlik Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

“Rusiya tərəfinin diqqətinə çatdırılıb ki, belə bir təxribat xarakterli tədbirin təşkili və orada Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodinin qonaq kimi iştirak etmək yolverilməzdir, hakim partiya nümayəndəsinin bu addımı Rusiya separatizmi təbliğ edir”, – məlumatda qeyd olunub.

Go to TOP