Boris Talışinski: Bizim hamımıza qarşımı genosid törədəcəksiniz?

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Talışların Beynəlxalq İnsan Hüquqları Təşkilatının sədri Boris Talışinski öz feysbuk səhifəsində rəsmi Bakıdan Rusiyaya göndərilən nota ilə bağlı xəbər haqqında fikirlərini bölüşüb.

Boris Talışinskinin yazını tam şəkildə oxucularımızın diqqətinə çatdırmaq  istəyirik:

“Salam Dostlar, nəzərinizə bir- iki məqamı çatdırım.

Birinci bu məqaləni yazan çox bisavad adamdır, baxmayaraq ki, 5 il BDU- nun jurnalistika fakültəsinə ayaq döyüb. İnsan, yer, ölkə və s. kimi adlar böyük hərflərlə yazılır.

İkinci məqam odur ki, Talış Muğan Muxtar Respublikası 150 nəfər Millət vəkili və 100 nəfər ağsaqqallardan ibarət olan Xalq Məclisində səsvermə nəticəsində, bütün beynəlxalq və Azərbaycan Konstitusiyası qanunları çərçivəsində tam leqitim yaranmış bir Muxtariyyatdır.

Müqayisə üçün Azərbaycan Respublikasının yaranma və yaxud hazırkı Azərbaycan Respublika Prezidentinin hakimiyyətə gəlmə şəraitlərini nəzərdən keçirmək bəs edir.

P.S. Siz nə qədər bizi, millətimizi, ağsaqqallarımızı, dilimizi, tariximizi alçaltmaq istəsəniz, bir o qədər də çox biz həqiqıtləri ortalığa qoyacağıq. Bizim hamımıza qarşımı genosid törədəcəksiniz, Novruzəli Məmmədov, Fəxrəddin Abbasov kimi?”

Go to TOP