Azərbaycan Respublikasının üç əsgərinin şübhəli ölümü

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dağlıq ərazilərdə avtomobilin aşması nəticəsində ölkə ordusunun üç hərbi qulluqçusunun həlak olması barədə məlumat yayıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin çərşənbə günü, sentyabrın 13-də yaydığı məlumatda bildirilir ki, ordunun 3 hərbi qulluqçusu dağlıq ərazidə avtomobillərinin aşması nəticəsində həlak olub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu hadisənin təfərrüatlarını açıqlamayıb.

Müdafiə Nazirliyi tərəfindən yayımlanan bəyanatda həyatlarını itirmiş əsgərlərin adları belədir: “Taleh Salehoğlu Əliyev, Elşad Qabiloğlu Həsənov və Nihad Kamaləddinoğlu Namazov”.

Hərbi xidmətə könüllülərin qəbuluna məsul olan təşkilat açıqlamasında həyatlarını itirmiş hərbçilər üçün şəhidlik hüquqi statusundan istifadə edəcəklərini vurğulayıb.

Ölən insanların diqqət çəkən cəhəti onların dəfn üsuludur. Bakının Binə rayon Sabunçu qəsəbəsindən olan Elşad Həsənov sentyabrın 14-də bu qəsəbənin Şəhidlər xiyabanında hərbi mərasimlə torpağa tapşırılıb. Müdafiə Nazirliyinin rəsmiləri ölən əsgərin cənazəsini müşahidə etməyə anası da daxil olmaqla ailəsinə icazə verməyib!

Qeyd edək ki, ölənlərin ailələri Azərbaycan cəmiyyətinin aşağı iqtisadi təbəqəsindəndir.

Bu üç hərbçinin ölümü Ermənistan sərhədlərində və Qarabağın təmas xəttində gərginliyin artdığı bir vaxtda baş verib.

Bir müddət əvvəl Londonda yaşayan azərbaycanlı bloger Tural Sadıqlı hökumət rəsmilərinə gözəl sual verib ki, Azərbaycan əsgərlərinin ölüm halları niyə yalnız Ermənistan, İran və Qarabağ təmas xəttlərində baş verir Rusiya və Gürcüstan sərhədlərində isə itki yoxdur!

Go to TOP