İran yerli istehsal olan PUA-ları sınaqdan keçirir

İran Quru Qoşunları yerli istehsal olan “Sina” və “Fateh” kamikadze tipli Polotsuz Uçuş Aparatlarından (PUA) istifadə edərək, bir sıra dəqiq hücumları uğurla həyata keçirib.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, “Sina” və “Fateh” PUA sistemləri 10 kilometr məsafədə həm sabit, həm də hərəkətdə olan yer hədəflərini dəqiqliklə məhv edərək, effektivliyini nümayiş etdirib.

İddia olunur ki, bu yeni PUA sistemləri İranın hərbi texnologiyasında əhəmiyyətli bir irəliləyişdir.

300-1000 qram ağırlığında döyüş başlıqları ilə təchiz edilən bu PUA-lar 10-15 dəqiqə havada qalmağa imkan verir.

Bu xüsusiyyət onlara müxtəlif hədəfləri, o cümlədən yerüstü döyüşlər zamanı düşmən cəmləşmələrini yüksək dəqiqliklə aşkar edib vurmazdan əvvəl müəyyən ərazini daramağa imkan verir.

Go to TOP