Cəlilabada yağan güclü qar çiyələk təsərrüfatlarına ziyan vurub

Cəlilabad rayonunda yağan güclü qar çiyələk təsərrüfatlarına müəyyən ziyanlar vurub.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, əksər təsərrüfatlarda örtük altında becərilən sahələr qar altında qalıb.

Nəticədə güclü qarın ağırlığına tap gətirməyən dəmir armaturlar əyilib.

Sıradan çıxan örtüklər qısa müddət ərzində yenidən qurulmazsa, yetişmə ərəfəsində olan məhsul tamamilə məhv ola bilər.

Go to TOP