Lənkəranda qəzalı təhsil ocağı: “Məktəbin içərisində uşaqları külək aparır”

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Lənkəranda yerləşən 10 nömrəli tam orta məktəb istifadəyə yararsızdır.

Belə ki, son günlər yağan güclü qar və intensiv yağışlar təhsil ocağını qəzalı vəziyyətə salıb.

Valideynlər bildiriblər ki, məktəbin içərisində uşaqları külək aparır:

“Təhsil ocağının qapısı, pəncərəsi və döşəməsi qırılıb. Tavanından isə içəri su axır”.

Go to TOP