Müəzzini narkotiklə şərləyib həbs etdilər

Məmmədov Bəxtiyar Muxtar oğlu Astara rayon Suparibağ kəndindəki məsciddə müəzzinlik edirdi. Onu fevralın 19-da narkotiklə şərləyərək həbs ediblər.

TOLİSHMEDİA informasiya agentliyinə verilən xəbərə görə, Astara rayon məhkəməsi müəzzin haqqında 3 aylıq istintaq müddəti təyin edib. Bəxtiyar Məmmədov Azərbaycan CM-nin 234.4.3 maddəsi ilə (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) ittiham olunub.

Astara Rayon Polis İdarəsində onu narkotiki boynuna götürməsə, dövlət əleyhinə qruplaşma ittihamı ilə şərləyəcəkləri ilə təhdid ediblər.

Qeyd edək ki, Bəxtiyar Məmmədovun xanımı onkoloji xəstədir.

Go to TOP