Bu dəfə də qeydiyyata alınmayacaq?

Yaxın günlərdə Respublika Talış Mədəniyyət Mərkəzinin yenidən qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinə daha bir müraciət ünvanlanacaq.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə mərkəzinin rəsmi Facebook sahifəsində paylaşım edilib.

Paylaşımda deyilir: “Yaxın günlərdə Respublika Talış Mədəniyyət Mərkəzinin yenidən qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinə daha bir müraciət ünvanlamağı planlaşdırırıq.

Sizcə RTMM-i yenidən qeydiyyata alacaqlar, yoxsa yenə köhnə hamam, köhnə tas məsələsi olacaq?”.

Qeyd edək ki, 2000-ci illərdən bəri Azərbaycan hökuməti digər talış təşkilatlarının müraciətləri kimi Talış Mədəniyyət Mərkəzinin qeydiyyata alınması ilə bağlı bütün müraciətləri də rədd edir.

Go to TOP