17 aprel 2019-cu il, Sumqayıt şəhərində AXDP –nin özəyi yaradıldı

17 aprel 2019 – cu il tarixində  Azərbaycan Xalqlarının Demokratik Partiyasının (AXDP) Sumqayıt şəhər komitəsinin təsis yığıncağı keçirilmişdir.
Yığıncağın gündəliyində İki məsələ müzakirəyə çıxarılmışdır;

Təşkilati məsələ,

Cari məsələ.
Təşkilati məsələdə AXDP-nın Sumqayıt şəhər şöbəsi təsis olundu. Eləcə də, Ağayev Əliyar Şirəli oğlu AXDP-nin Sumqayıt şəhər komitəsinin sədri, İmanov Cəmil Ramiz oğlu müavin seçildilər.
Cari məsələlər müzakirə olunarkən, AXDP-ın Sumqayıt şəhər komitəsinin fəalları Tağızadə Elman, Dadaşov Seyran, Hüseynov Vaqif çıxış etdilər.
Yığıncağın işində AXDP-nın Siyasi Şura üzvləri, qurultayaqədər sədr Məmmədov Seyidəmir, müavinləri Əsgərov Oqtay, Nəciyev Saday və Səfərov Mehdibəy iştirak etdilər.

AXDP – nin mətbuat komitəsi

Comments

Be the first to comment on this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Go to TOP