Əsgər atası övladına 15 manatı göndərə bilmədi, oğul isə evə qayıtmadı

Ötən il Qarabağda öldürülmüş bir əsgərin ailəsinə yazdığı son məktub gələcəkdə bu illərin tədqiqatçıları üçün ən qiymətli mənbə olacaq.

Tolishmedia.com xəbər verir ki, bunu politoloq Nəsimi Məmmədli öz “Facebook” sahifəsində bildirib. Onun sözlərinə görə Azərbaycanda  öldürülmüş əsgər valideynlərın hamısı kasıb olur: ” Ötən il Qarabağda şəhid olan bir əsgərin ailəsinə yazdığı son məktub gələcəkdə bu illərin tədqiqatçıları üçün ən qiymətli mənbə olacaq: “Ana, atama de, 10 gün sonra təxris olunuram. Bilirəm ki evdə pulumuz yoxdur, amma evə gəlməyimə bir yerdən 15 manat tapıb göndərə bilərmi?”

Sərvətləri aşıb-daşan bir məmləkətdə ata övladına 15 manatı göndərə bilmədi, oğul isə bir daha kasıb evlərinə dönmədi… Dostlar, nəinki mənim yazdığım bu fakt, hətta başqa buna oxşar belə faktlar da var. İstəsəniz “Ata, mənə 15 manat pul göndərərsən” yazıb Google-da axtarış verin, görün nə çıxacaq? Bu olay gerçəkdir. Sadəcə təfərrüatları burada yazmamışam.”

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP