Taleh Qaraşov nəyə görə Praqadan Karlovı Varı şəhərinə gedib?

TolishMedia informasiya agentliyi  xəbər verir ki, bir müddət əvvəl  Lənkəran ŞİH başçısı Taleh Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub.

Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib və maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb.

Qeyd edək ki, bloger Tural Sadıqlı bir neçə ay bundan əvvəl Çexiyanın Karlovı Varı kurort şəhərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və qardaşı Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus yaşayış binaları komplsekslərini aşkar edib və komplekslərindən birinin qarşısında apardığı video çəkilişi facebook və youtube şəbəkələrində yayıbdı.

Görünür Qaraşovların Karlovı Varıdakı səfəri Paşazadə qardaşlarına məxsus yaşayış binaları komplsekslərində keçirilicək.

Tural Sadıqlının Paşazadə qardaşlarına məxsus yaşayış binaları komplsekslərinin qarşısında apardığı video çəkilişi sizə təqdim edirik

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP