Taleh Qaraşov işdən çıxarıla bilər

Azərbaycanda bir sıra rayonların 10 ildən artıq vəzifədə olan icra başçılarının işdən azad ediləcəyi gözlənilir.

TOLİSHMEDİA informasiya agentliyinə daxil olan məlumata görə, yaxın vaxtlarda vəzifəsindən azad olunacağı deyilən vəzifəli şəxslər arasında Lənkəranın icra başçısı Taleh Qaraşov da var.

Onun rəhbərlik etdiyi rayonda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı ciddi nöqsanlar aşkar edilib. Nöqsanlara görə icra Taleh Qaraşova xəbərdarlıqlar edilib və xüsusi tapşırıqlar verilməsinə baxmayaraq, heç bir irəliləyişin olmaması ciddi narahatlığa səbəb olub.

Qeyd edək ki, Taleh Qaraşov 1996–2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 14 aprel 2012-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Azərbaycanda, xüsusən Bakıda və Türkiyədə çoxsaylı mülklərinin olması barədə mediada iddialar var.

Go to TOP