Lerikdə baş verən “ağac soyqırımı” səbəbindən5 ildən sonra meşələrindən əsər-əlamət qalmayacaq

Keçən ilin mart ayından Lerik meşələrinin qiymətli ağaclarla zəngin olan dolaylarında başlanan “ağac soyqırımı” həyəcan doğurur.

TolishMedia informasiya agentliyin verdiyi xəbərə görə, Lerikdə dövlət tərəfindən meşələrdə ağac kəsiminə qadağa qoyulub. Amma buna baxmayaraq, buranın Ancəqəv, Bürsülüm, Ləkər, Vov, Vənədi və Sanbukəş meşələrində gecə-gündüz ağac doğrayan mişarların səsi kəsilmir. Bu da onu göstərir ki, Lerik meşələrini indi elə təbiəti mühafizə etməli olan məmurlar özləri viran qoyur. Minlərlə cavan ağac bir neçə nəfər üçün gəlir mənbəyinə çevrilib.

Deyilir ki, indi Lerikdə yerli məmurların biganəliyi üzündən camaatı isti yuvasından perik salan yeni-yeni problemlər yaranır. Kəndlərdə hərc-mərclik getdikcə dərinləşir.

Hazırda, verilən məlumatlara görə, respublikamızın 95 faiz əhalisi “mavi” qazdan istifadə edir. Lerikdə isə bu vacib sosial problemin heç 30 faizi çözülməyib. Məhz bu səbəbdən camaat evlərini qızdırmaq üçün odundan istifadə edir. Bundan yararlanan meşə quduzları isə heç nədən çəkinmədən odunun dəyərini qaldırırlar qızıl qiymətinə. Bax, budur əsl böyük fəlakət!

Belə getsə, 5 ildən sonra bitki örtüyünün zənginliyinə görə sehrli nağıl kimi adamı valeh edən Lerik meşələrindən əsər-əlamət qalmayacaq.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP