TXHKM sədri Zahirəddin İbrahimi TolishMediaya geniş müsahibə verib: EKSKLÜZİV

TolishMedia informasiya agentliyi xaricdə mühacirətdə yaşayan talış fəalları ilə yeni müsahibələr seriyası başlayır  və bugünkü əziz qonağımız  talış  xalqının Rusiyada yaşayan çox şərəfli və ləyaqətli ölvadı, görkəmli ictimai-siyasi xadim, Talış Xalqın Haqlarını Müdafiə Komitəsinin (TXHMK) sədri cənab Zahirəddin müəllim İbrahimidir.

– Cənab İbrahimi, հazır olmanıza və dəvətimizi qəbul etmənizə görə sağ olun. Sizə talış xalqımızın problemləri ilə bağlı bir neçə suallarımız var.

  • Buyurun. Suallarınıza məmnuniyyətlə cavab verməyə çalışacağam.

-Siz artıq uzun müddət əziz Vətənimiz olan Talışıstandan uzaq Rusiyada yaşayırsınız, ancaq Talış məsələsini həmişə diqqət mərkəzində saxlayırsınız. Uzaqdan fəaliyyət göstərmək Sizin üçün çətin deyilmi? Vətənimizdə nə qoymuşsunuz və mühacirətdə nə axtarırsınız?

  • Mən hazırda Rusiyada 2-ci mühacir həyatımı yaşamağa məcbur olmuşam. Birinci bu cür həyatım 1995-ci ildə başladı. O vaxt 1993-cü ildə TMMR məğlub olandan sonra mən də bir sıra talış fəalları kimi MTN tərəfindən sorğu-sual edildik, lakin həbs olunmadıq. 1 ildən sonra , yəni 1994-ün payızında Əliəkrəm Hümmətov 4 nəfər digər məhbusla birgə həbsxanadan qaçırıldı. O 1 ilə yaxın müddətdə Lənkəranda gizlənirdi. Bu muddət ərzində biz onunla gizli görüşlər keçirib sonrakı fəaliyyət planlarını hazırlayırdıq. Hətta AXBP-nın konfransını keçirə bildik , onun müraciərini Respublikaya yaydıq. Heydər Əliyev Rövşən Cavadovun 2-ci qiyamını qan icində boğandan sonra olkədə siyasi repressiv rejimi sərtləşdirdi. Əliəkrəmin yerini öyrənib onu, yaxın qohumlarını və məsləkdaşlarını həbs etdi. Mən sırf təsadüf nəticəsində ölkədən cıxıb Rusiyaya gedə bildim. Həmin mühacir həyatım ta H. Əliyevin ölümünədək davam etdi. 2004-ün sentyabrında Respublikaya qayıtdım. Eyni vaxtda Əliəkrəm Hümmətov da Avropanın tələbi ilə azadlığa buraxıldı və Niderlanda sürgün edildi. Ta 2014-ə qədər Rusiyadan Talışıstana azad gedib gəlmək imkanım var idi. Mənim Rusiya vətəndaşlığım var. 60 yaşım tamam olduğuna görə Rusiyaya gedib sənədlərimi  Pensiya Fonduna təqdim edib, pensiyamı rəsmiləşdirdim. 2015-in fevralında Talışıstana qayıtdım, lakin Lənkəran aeroportunda İlham Əliyevin satrapları tərəfindən heç bir səbəb göstərilmədən Vətənimdən deport edildim. O vaxtdan indiyədək 2-ci mühacir həyatımı yaşayıram. Sizin dediyiz kimi vətəndən uzaqda yaşamaq çətin olsa da siyasi fəaliyyət göstərmək üçün Rusiya demokratik bir ölkə kimi daha əlverişlidir. Siyasi irticanın tüğyan etdiyi Əliyevlər rejiminin zülmü altında olan ölkədə Talış Milli intibahı üçün indi gördüyümüz qədər faydalı iş görə, Talış Milli Azadlıq mubarizəmizi də bu qədər inkişaf etdirə bilməzdik.

-Mən biləni, Sizin xalqımızın milli dirçəlişində, Talış dövlətçilik ənənələrinin bərpasında və nəhayət 1993-cü ildə Talış-Muğan Respublikasının yaradılması və müstəqilliyimizini elan olunmasında böyük rolunuz var imiş. Sizcə, 90-cı illərin əvvəllərində regionumuzda baş vermiş hadisələr talış xalqının milli dirçəlişinə nə qədər təsir edə bilmişdi?

  • TMMR-in elan edilməsi, bu məqsədlə tam yuridik səlahiyyətli Xalq Məclisinin çağırılması Talış millətinin ən yeni tarix dövründə qazandığı parlaq bir qəhrəmanlıq səhifəsidir. Heç də təsadüfi deyil ki, talış xalqına qənim kəsilmiş Əliyevlərin tayfa rejimi hər vəhclə bu tarixi silməyə çalışır, bu məqsədlə TMMR liderlərinin məhkəmə sənədlərində bu hadisələr saxtalaşdırılaraq “Lənkəran hadisələri” adı altında guya bir qrup hərbicilərin Lənkəranda hakimiyyəti ələ keçirmə çəhdi kimi qələmə verilir. Təəssüflər olsun ki, həmin hadisələrin önündə gedənlərdən heç birisi canlı şahidi olduğu TMMR –in tarixinə dair öz xatirəsini indiyədək yaznayıb. Bu da Az. Respublikasının talışofobiya mərəzinə mübtəla olmuş hakim zümrəsinə talış xalqınin müasir tarixinin bu şanlı səhifəsini də saxtalaşdırıb heçə endirməsinə hərtərəfli imkan yaradır. TMMR-in elan edilməsi Talışıstanın səmasında bir ildırım kimi çaxıb, yarım əsrdən cox repressiya altında yuxulayan talış xalqını diksindirib qəflətdən ayıltdı, ən yeni tarix dövründə Talış milli intibahının, həm də Talış Milli Azadlıq Hərəkatının bünövrəsini qoydu. Müasir talış gəncləri keçən əsrin 90-cı illərin əvvəllərində baş vermiş TMMR hadisələrinin tarixini öyrənir, onun ideyalarından bəhrələnib Talış azadlıq hərəkatına qoşulurlar.

-Sizin fikrinizcə, hal-hazırda xalqımızın ən böyük problemləri nədən ibarətdir?

  • Problemlərimiz çoxdur. Ən böyüyü Az. Respublikasında hakimiyyəti zəbt etmiş Əliyevlər klanının qurduğu repressiv rejimdir. Bu rejim Vətənimizdə xalqımızı milli zülm altında saxlayır, fəallarımıza qarşı hər cür təzyiq və şantaj metodlarından istifadə edərək onları susdurmağa çalışır, eləcə də Rusiyada və Avropa məkanında yaşayan talış fəallarına qarşı təxribati əməllərdən, yaratdığımız talış təşkilatlatının fəallarını da hədələməkdən çəkinmir. Lakin bu rejimin Hərəkatımızın inkişafı yolunda yaratdığı bütün bu maneələrə baxmayaraq, millətimizin ğeyrətli oğulları öz mübarizə yolundan heç də geri çəkilmir, hərəkatımızın daha da genişlənməsində yeni nailiyyətlər əldə edirlər. Əliyevlər rejiminin süqutu, Az. Respublikasında demokratiyanın bərqərar olacağı təqdirdə talış xalqının bir yumruq kimi birləşib öz istiqlalını əldə etməsinə qətiyyən şübhəmiz yoxdu.

-Deyirlər ki, hər bir xalq öz taleyini özü həll edir. Bunu birmənalı anlamaq lazımdır, yoxsa başqa bir sıra vacib amillər də var?

  • Əlbəttə hər bir xalqın öz talieyini həll etməsində böyük rolu vardır. Lakin bu cəhət onun öz müqəddəratını həll etməsində həmişə tam rol oynamır. Hər bir xalqın öz muqəddəratını həll etməsində həm də tarixi şərait və xarici amillər mühüm rola malikdir. Hazırda talış xalqının öz hüquqlarını realizə etməsinə mane olan ən böyük amil pantürkizm ideologiyası , onun Az. R-da dövlət ideologiyası kimi bərqərar olmasında maraqlı olan, onu dəstəkləyib istiqamətləndirən xarici səhnəarxası qüvvələrdir. Elə bu qüvvələrin Əliyev rejiminə dəstək olaraq talış xalq hərəkatını dağıdıb aradan çıxarma cəhdləri də talış milli istiqlal mübarizəsinin kütləvi umumxalq hərəkatına çevrilməsinə problem yaradan əsas səbəblərdəndir.

-Müstəqilliyə aparan yollar müxtəlif olur. Sizcə, mövcud olan yollarından bizim üçün ən qısası hansı yoludur?

  • Antiqlobalist hərəkatda aktiv iştirak etmək, bu işdə reqionumuzun xalqları və dövlətləri ilə bir barrikadada durub milli azadlıq hərəkatımızı günü-gündən inkişaf etdirmək.  Bu yolda Əliyevlərin tayfa rejiminə barışmaz mövqedən çıxış edib onun Respublikanın əzəli xalqlarını etnosid etmə siyasətini dünya ictimaiyyəti qarşısında daim ifşa etmək milli mübarizəmizin əsas prinsiplərindən olmalıdır.

-Bizim əziz həmvətənlərimizə, talış xalqına nə arzulayırsız?

  • Azad müstəqil Talışıstan dövlətində yaşamaq talış millətinin gələcək taleyi ücün narahat olan hər bir ğeyrətli talışın ümdə bir arzusudur. Bu arzunu gerçəkləşdirməyə çalışmaq, bu işə öz töhfəsini vermək isə hər bir talış vətənpərvərin borcudur.

– Cənab İbrahimi, suallarımıza cavab verməyə razılaşdığınız üçün yenidən təşəkkür edirik və Sizə uğurlar arzulayırıq.

13.12.2019.

TolishMedia

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP