TMMR Mühacir hökümətinin tərkibində dəyişikliklər baş verdi

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, Talış-Muğan Muxtar Respublikasının Prezidenti Ələkrəm Hümmətovun fərmanı əsasan TMMR Mühacir hökümətinin tərkibində dəyişikliklər baş verib.

Prezident Ələkrəm Hümmətovun fərmanında deyilir:

Ötən ilin ortalarından başlayaraq, Talış mahalında, mahalın, yaşam yerindən asılı olmayaraq, vətəndaşlarının öz müqəddəratına və taleylərinə münasibətlərdə köklü yeni yanaşmaları nəzərə almaqla, Talış Muğan Muxtar Respublikasının yuridik olaraq varlığını əsas tutaraq, vətəndə avtoritar rejimin imkan verilmədiyindən, Azərbaycan Respublikasından kənarda,-Mühacirətdə yaşayan MR-nın gəncliyinin təşəbbüsü nəzərə alınmaqla, Talış Ağsaqqallarının Ali şurasının bilavasitə razılığı və dəstəyi ilə, TMMR-nın 1-ci Mühacir höküməti yaradıldı. 1-ci Mühacir höküməti 05 mart 2019-cu il tarixinə qədər hökümət daxili və eləcə də kənardan olan təsir və təzyiqlərə davam gətirərək, MR-nın həyatında bütün sahələri əhatə edən, nəzəri-əməli fəaliyyətini qura bildi. Təbii olaraq, MR-nın əhalisinin və eləcədə bu ərazidən kənarda yaşayan həmvətənlərimizin müasir həyatında, bir yenilik olduğundan, kifayyət qədər ciddi müzakirə və qeyri-müəyyən yanaşmalarla qarşılandı. Bir-çox xarici qüvvə və mahalımızın siyasi-ictimai cəmiyyəti, ölkəmizdən kənarda yaşamalarına baxmayaraq, bu siyasi aksiyada iştirak etməsələr belə, kənardan təsir etmək, hökümətin fəaliyyət istiqamətlərində dəyişiklik etmək cəhdləri ilə üzləşdik və bütün bunlar təsirsiz qalmadı. Son aylarda, Mühacir hökümətin, hökümət üzvlərinin müəyyən hissəsinin passivliyi, etinasızlığı ucbatından yaranan ciddi fəaliyyətsizliyi nəzərə alaraq, tərəfimdən, Sər vəzir Rəhim əğə Mirzəyevin təqdimatı ilə kabinet tərkibində bəzi dəyişiklik və əlavələr edilməsinə ehtiyacı nəzərə alaraq.

Q Ə R A R A   A L I R A M:

1.Talış Muğan Muxtar Respublikasının 2-ci Mühacir hökümətinin aşağıda göstərilən, hələ də tam olmayan, natamam tərkibdə təsdiq edilsin:
– Rəhim Mirzəyev – Mühacir hökümətin Sər vəziri (Baş naziri);
-Babazadə İlham- Sər vəzirin 1-ci müavini, Gənclər, idman və turizm vəziri;
-İsayev Kamal – İctimai məsələlər üzrə Sər vəzirin müavini, Mədəniyyət, etnoqrafiya, dilçilik vəziri;
– Ruslan Almaszada -Maliyə, Kömrük və Vergilər vəziri;
-Abdulov Mühəddin – Ədliyyə vəziri;
-Mirələmov Emil- Daxili İşlər Fövqəladə hallar və Xüsusi xidmətlər üzrə nazir;
-İntiqam Həmidov- Əmək, sosial təminatlar naziri;
-Mahmudov Rövşən- Energetika naziri;
-Zamin Hüseynov- Kənd təsərrüfatı, iqtisadiyyat naziri;
-Idris Qasımov -Nəqliyyat Rabitə və informatik vasitələr naziri;
-Babək Mustafayev – Ümümorta, peşə və ali-ixtisas təhsili vəziri;
-Əli Gilani – Tikinti və sənaye vəziri;
-Cavidan Əlizadə – Millətlər, dinlər və konfesiyalar arası əlaqələr vəziri;

2. Sər Vəzir (Baş nazir) Rəhim əğə Mirzəyevə tapşırılsın ki, Muxtar Respublikanın dövlətin tam nəzəri idarəçiliyini təmin edəcək tərkibini TMMR Konstitusiya aktına uyğun qurulması, kadrların cəlb edilməsi prosesini ardıcıl olaraq davam etdirsin;

3. Əğəye vəzirlərə tapşırılsın ki, rəhbəri olduqları Vəzarətliyə vəzirliyin kadr ehtiyatının, şöbə. Bölmə, departament rəhbərlərini, Vəzir müavinlərini seçərək, Sər vəzir və Prezident təsdiqinə təqdim etsinlər;

4. Əğəye Vəzirlərə (Nazirlərə) tapşırılsın ki, rəhbəri olduqları sahələr üzrə ştat cədvəllərini tərtib edib, müəyyənləşdirərək, tərtib etsinlər, əməli təyinatları həyata keçirsinlər; 5.Təyinatlarla əlaqədar əvvəlki əmr və qərarlar qüvvədən salınmış hesab edilsin.

Bu fərmanın icrasına nəzarət əğəye Rəhim Mirzəyevə tapşırılsın və rüblük olaraq, həm Prezidentə, həm də, hazırda TMMR-in Qanunverici orqanının səlahiyyətlərini müfəvəqəti həyata keçirən Talış Ağsaqqallarının Ali Şurasına hesabat versin.

Talış Muğan Muxtar Respublikasının Prezidenti,

Ə.Ə.Hümmətov.

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP