Ataxan Abilov: İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə talışlara münasibətdə soyqırım edilib

“İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə ölkənin aborigen xalqı olan talışlara münasibətdə soyqırım edilib”.Başlığa çıxartdığım bu FİKİR gələcəkdə “XXI əsrin əvvəllərində Azərbaycanın etnoqrafik durumu” mövzusunda tədqiqat aparacaq alimlərin çıxara biləcəyi nəticə ola bilər.

Necə? Deyim, bu statusu oxuyanlar da bilsin.

Azadlıq.orq-un 18 aprel 2023-cü il tarixdə “Son 10 ildə Azərbaycanda etnik azlıqların sayı necə dəyişib?” başlıqlı məqaləsində deyilir ki, 2009 – 2019-cu illərdə ölkədə talışların sayı 24 min 422 nəfər azalıb: “2009-cu il siyahıyaalmasında Azərbaycanda 112 min talışın olduğu hesablanmışdısa, 2019-cu ildə həmin göstərici 87 min 578 nəfərə enib. Başqa sözlə, onların sayı 22 faiz (24 min 422 nəfər) azalıb.” (İstinad şərhdə).

Belə mənzərədən çıxardıla biləcək nəticələrdən biri də məhz başlığa çıxarılan hökmdür. Elə deyilmi? 24 min 422 nəfər. Belə kütləvi azalma, rəsmən isə xalqın 4-də bir hissəsinin rəsmiyyətin ‘avsait’ində qalmasının başqa hansı səbəbləri göstərilə bilər. Belə rəsmi assimilyasiya siyasəti Azərbaycanın bu günkü durumunda ona nə dərəcədə lazımdır? Bunu edənlər kimdir? Adətən bu cür iyrənc statistikanın başında Ramiz Mehdiyev və Əli Həsənovun durduğu iddia edilirdi. Onlar ki, bu gün yoxdur.

Ölkədə hər şeyin və hər nəyin İlham Əliyevin nəzarət etdiyini təsdiqini tapırsa, onda belə “basmaç’ siyasətinin arxasında da o boylanmırmı? Xalq 22 faiz azalıb. Niyə? Onu kimlər və niyə belə kisələyib ki, bu formada kirə çıxardıb.

Bu statistika ölkə Konstitusiyasında yazılan: RESPUBLİKA, UNİTARİZM, DEMOKRATIYA sözləri kimi saxtadır. Xalqla belə oynayanlar vəhşidir, şərəf və ləyaqət hissini itirən şəxslərdir. Gec-tez Allahın lənətinə gələcəksiz!

Ataxan Abilov, hüqüq müdafiəçisi

Go to TOP