Biləsuvarda talış əsgərin məzarı təhqir olunub

Biləsuvar rayonunun Bəydili kəndində Qarabağ urğunda döyüşlərdə  şəhid olmuş Mahir Məmmədovun məzarı təhqir olunub.

Bu barədə TOLİSHMEDİA informasiya agentliyinə şəhidin qardaşı Sahib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, fevralın 21-də şəhid qardaşının məzarını ziyarətə gələn zaman qəbir daşının dağıdıldığının, məzarın üzərindəki bayrağın götürüldüyününün şahidi olublar: “Qardaşımızın məzarını ziyarətə gələndə gördük ki, buradakı bayraq oğurlanıb, qəbir daşı təhqir olunub. Dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdik.

S. Məmmədov deyir ki, məzarın təhqir olunmasından bir həftəyə yaxın vaxt keçsə də, hadisəni törədən şəxs tapılmayıb: “Polisə, prokurorluğa şikayət eləmişik, dəfələrlə icra başçısına müraciət eləmişik, heç bir nəticəsi yoxdur.”

Xatırladıq ki, milliyyətcə talış olan Mahir Füzuli oğlu Məmmədov 1977-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub, 1996-cı ildə isə Füzuli rayonunun Kürdmahmudlu kəndində şəhid olub.

Go to TOP