Lənkəranda dezinfeksiyaedici tədbirlər görülmür

 

TolishMedia informasiya agentliyi xəbər verir ki,  Lənkəranda son iki gün ərzində koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətində  təxirəsalınmaz tədbirlər görülmür.

Dövlət informasiya mənbələrində yayılmış məlumatlara görə, Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş qrafik əsasında müvafiq dövlət qurumlarının səyləri ilə şəhər və rayonun bütün ümumtəhsil, səhiyyə və mədəniyyət müəssisələri, idarə və təşkilatların inzibati binaları dezinfeksiya edilməli idi. Amma bizə çatan xəbərlərə görə, bu istiqamətdə heç bir addım atılmır.

Görünür,  ölkəmizdə koronavirusla bağlı xalq pullarını mənimsəmək yolunda dövlət məmurlarımızın üzünə  yeni qapılar açılıb və bundan imtina etmək onlar üçün çox çətindir.

Go to TOP