Talış reqionuna qarşı aparılan düşmәnçiluk siyasәtinә son qoyulmalıdır.

Son bir-iki ay ərzində Talış bölgəsi Azərbaycan həkimiyyət tərəfindən koronavirus yoluxucu xəstəliyə tutulmuşları üçün geniş xəstəxanaya çevrilib.

TolishMedia informasiya agentliyi xəbər verir ki, dünən daha bir tәyyarә Lәnkәran aeroportuna eniş edib və bu reysdә gәlәnlәrin hamısını karantin üçün Lerikә aparıblar.

Paralel olaraq, Azərbaycanda fəaliyyət göstərən bütün xəbər portalları məlumatlar yayırlar ki, koronavirus əsasən Azərbaycanın “cənub bölgəsində yayılıb və bunun əsas günahkarı öz talışlar və İran İslam Respublikasıdır”.

“Facebook” sosial səbəkəsində aktiv olan talış istifədəçilərdən biri bu mövzüyə toxunub yazır: “Bu artıq hәyasızlıqdır. Bütün ölkәlәrdәn evakuasiya olunanları Talış regionuna karantinә yığ, sonra da hәyasızcasına elan et ki, ölkәdә koronavirusa әn çox yoluxan cәnub bölgәsindәdir.

Bu gün daha bir tәyyarә Lәnkәran aeroportuna eniş edib. Bu reysdә gәlәnlәrin hamısını karantin üçün Lerikә aparıblar.
Talış regionuna qarşı aparılan bu düşmәnçiluk siyasәtinә son qoyulmalıdır.
Talış xalqı ayağa qalxıb etiraz sәsini qaldırmasa, hәlә çox bәlalar çәkәcәyik.  Narkomaniyanı, hepatiti, xәrçәngi Talışda yaydılar, istәdiklәri nәticәyә çata bilmәdilәr, indi dә Talışı yaşlı әhalinin qәnimi olan korona virusu üçün poliqona çevirirlәr.
Azәrbaycan hakimiyyәti, Talışa qarşı genosidә son qoy!!!”
Go to TOP