Masallıdan seçilmiş millət vəkili: Koronavirus cənub bölgələrimizə İrandan daxil olub

Koronavirus ümumdünya fəlakətidir. Azərbaycan da bu fəlakətdən özünü qurtarmaq üçün dövlət səviyyəsində nə mümkündürsə onu da edir. Əminəm ki, hər şey, yəni bütün bu problemlər geridə qalacaq. Birmənalı olaraq cənub bölgələrimiz İranla sərhəddir və bu xəstəlik oraya İrandan gəlib. İran isə dünyada virusun yayılma tempi və ölənlərin sayına görə ilk beşlikdədir”.

TolishMedia informasiya agentliyi xəbər verir ki, bu sözləri 71 saylı Masallı kənd seçki dairəsindən deputat Anar İsgəndərov deyib.

“Tək cənub bölgəsindən olanlar yox, ümumiyyətlə karantin altına alınanlar cənub bölgəsində yerləşdirilir. Bu mənada yoluxma daha çox cənubda qeydə alınır. Yoxsa ki, yerli əhali virusa yoluxub və cənub bölgəsində koronavirus daşıyıcısı daha çoxdur demək olmaz. Yoluxanlar Azərbaycan əhalisidir, cənub əhalisi yox. Cənub bölgəsindən seçilən bir deputat kimi bacardığım qədər çalışıram ki, əlimdən gələn köməkliyi edim, mümkün qədər çöldə az vaxt keçirərək insanlarla təmasdan çəkinim”,, – deyə millət vəkili bildirib.

Qeyd edək ki, ötən gün Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov koronavirusa yoluxma hallarının daha çox cənub zonasında (Talış bölgəsində – red.) qeydə alındığını bildirib. Paralel olaraq, o talış xalqını və İran İslam Respublikasını nahaq yerə koranvirus xəstəliyinin yaydırmaqda suçlayıb.

Go to TOP