Cavanşir Paşaazadə: Lənkəranda panika vardı, amma çıxışlarım insanları rahatlaşdırdı

“Bu gün Azərbaycanın cənubi rayonlarda virus səbəbi ilə ajiotaj yoxdur. Çünki prezidentin verdiyi tapşırıqlar, Səhiyyə Nazirliyinin gördüyü işlər virusun ölkədə sürətlə yayılmasının qarşısını aldı.”

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi xəbərə görə, bunu 75 saylı Lənkəran-Masallı seçki dairəsinin deputatı, Şeyxülislam Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə deyib.

“Cənubdan İranla bizim gediş-gəlişimiz var. İrandan gələnlər də ki, məcburdurlar 14 gün karantində qalsın. 500-600 nəfərin karantində qalması isə bir qədər problemlər yaradır. Məkan olaraq İrana yaxınlıqdan dolayı virusa yoluxanlar cənubda qeydə alınır. Sonuncu dəfə 4 gündən bundan əvvəl rayonda olmuşam. Amma gündəlik olaraq seçicilərimlə əlaqə saxlayıram, Lənkəran-Masallıda vəziyyət normaldır. Hər iki bölgədə insanlar arasında əvvəllər panika vardı. Amma maarifləndirici çıxışlarım insanları rahatlaşdırdı” – deyə C. Paşazadə bildirib.

Qeyd edək ki, Cavanşir Paşazadə bir neçə ay bundən əvvəl utanmadan bəyan etmişdi ki, Talışlar bu bölgəyə gəlmə insanlardır, Ələkrəm Hümmətov və Fəxrəddin Abbaszadə isə əslində talış deyillər.

Go to TOP